Narkotik testi müsbət çıxan məşhur türkiyəli müğənni Aleyna Tilkinin vəkilindən maraqlı açıqlama: Saçlarına hopub
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən hərtərəfli şəkildə aparılan narkotik araşdırması çərçivəsində narkotik testi müsbət çıxan məşhur müğənni Aleyna Tilkinin vəkili bununla bağlı maraqlı açıqlama verib.
Bu barədə Oxu.Az "TGRT Haber"ə istinadən xəbər verir.
"Əvvəlcə qeyd etmək lazımdır ki, müvəkkilimin qan nümunəsində hər hansı maddə aşkarlanmayıb. Saç nümunəsində aşkarlanan maddə isə hər hansı kimyəvi maddə deyil, tüstü ilə əlaqəli maddədir. Müvəkkilim bu yaxınlarda bu maddənin sərbəst şəkildə istehlak edildiyi bir ölkədə olduğu üçün bu qənaətdəyik ki, ictimai yerdə nəfəsalma və saçına hopma yolu ilə passiv təsirə məruz qalıb", - deyə vəkil qeyd edib.
Xatırladaq ki, istintaq çərçivəsində narkotikdən istifadə edib-etmədiyini qəti şəkildə müəyyənləşdirmək məqsədilə Məhkəmə Tibb Qurumu mütəxəssisləri tərəfindən Aleyna Tilkinin qan və saç nümunələri götürülüb, bioloji nümunələrin hərtərəfli müayinəsi zamanı test nəticəsi müsbət çıxıb, onun marixuana istifadə etdiyi müəyyən olunub.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən hərtərəfli şəkildə aparılan narkotik araşdırması çərçivəsində məşhur aktrisa İrem Sak, sosial media fenomeni Danla Biliç və Mümine Senna Yıldız da daxil olmaqla, bir çox insan saxlanılıb, şübhəlilərdən qan və saç nümunələri götürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 09 Yanvar 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















