Icma.az
close
up
RU
Narkotiklərlə mübarizə beynəlxalq hədəfdir

Narkotiklərlə mübarizə beynəlxalq hədəfdir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Avstriya Respublikasının paytaxtı Vyana şəhərində Narkotiklərlə bağlı qanunlara riayət olunmasının təmin edilməsi üzrə milli idarələrin rəhbərlərinin 16-cı iclasında ölkəmizi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin aidiyyəti əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

İclasda narkotik maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı respublikamızın üzv olduğu beynəlxalq konvensiyaların müddəalarından irəli gələn vəzifələrin icrası, Azərbaycanda narkotiklərin qaçaqmalçılığına qarşı aparılan mübarizə, ölkənin narkotik maddələrin daşınması üçün tranzit marşrutu kimi istifadə edilməsinin qarşısının alınması istiqamətində, habelə bu sahədə qəbul olunmuş 2019-2024 və 2025-2030-cu illəri əhatə edən Dövlət proqramları çərçivəsində görülmüş tədbirlər barədə nümayəndə heyəti tərəfindən ətraflı məlumat verilib. Bildirilib ki, ötən müddətdə Azərbaycan tərəfi ilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı BMT-nin müvafiq qurumu (UNODC), İNTERPOL və digər beynəlxalq və regional təsisatlar arasında səmərəli əməkdaşlıq əlaqələri yaradılıb. Eyni zamanda, son vaxtlarda ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi (DEA) ilə qurulmuş işgüzar münasibətlərə də toxunulub.

Həmçinin vurğulanıb ki, 2019-2024-cü illər ərzində Azərbaycanın hüquq-mühafizə orqanlarının narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə çərçivəsində 47 min 863 fakt aşkar edilib. Bundan əlavə, qeyd olunan dövrdə 33,5 ton müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısı alınıb, 510 nəfəri əcnəbi olmaqla, ümumilikdə 39 min 2 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Rəsmi statistikaya görə, son iki ildə qonşu ölkələrdən Azərbaycan vasitəsilə 10 narkotik qaçaqmalçılığı cəhdi qeydə alınıb və nəticədə 600 kiloqram narkotik vasitə müsadirə edilib.

Eləcə də tədbirdə Azərbaycan nümayəndə heyəti tərəfindən tərəfdaş dövlətlərin istintaq orqanları və əməliyyat qurumları arasında əlaqələrin və əməliyyat məlumatlarının mübadiləsinin genişləndirilməsi, o cümlədən beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə narkotik vasitələrin daşınmasına ölkələrin birgə nəzarətinin təşkili ilə bağlı təkliflər irəli sürülüb.

Bundan başqa, müasir dövrümüzdə göstərilən sahədə yaranmış təhdidlər sırasında internet üzərindən narkotik vasitələrin satışının həyata keçirilməsinin, cinayətkarların pilotsuz uçuş aparatlarından narkotiklərin daşınmasında istifadə etmələrinin yer alması narahatlıq doğuran hallar kimi diqqətə çatdırılıb.

Xüsusilə qeyd olunub ki, ümumbəşəri bəlaya çevrilmiş narkotiklərin qeyri-qanuni dövriyyəsi, bu işlə məşğul olan cinayətkar qruplaşmaların zərərsizləşdirilməsi yönündə birgə səylərin gücləndirilməsinə, qarşılıqlı fəaliyyətin və informasiya mübadiləsinin daha da intensivləşdirilməsinə ciddi ehtiyac var.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Noyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see764

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see310

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see290

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see279

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see261

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see251

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see237

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see225

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see209

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see199

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see191

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see185

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see182

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see178

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see176

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see169

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri