Icma.az
close
up
RU
Narsist, həyasız, arsız uşaqlar böyüyür

Narsist, həyasız, arsız uşaqlar böyüyür

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Maşını dənizə sürənlər psixoloji müalicəyə möhtacdır


Bu axmaq təfəkkürü bizim ölkəmizə kimlər gətirdi bilmirik, amma vəziyyət çox acınacaqlıdır



Hər yay mövsümündə təkrar olunan və artıq adi hal alan problemlərdən biri də avtoxuliqanlıqdır. Havanın temperaturu yüksəldikcə şəhərin isti küçələrindən xilas olmaq istəyən insanlar çimərliklərə axışır. Dənizin sərinliyi, qumun istisi və günəşin istiliyi bir çoxları üçün istirahətin və rahatlığın simvoludur. Ancaq bu mənzərəni pozan xoşagəlməz bir reallıq var: çimərliklərdə ictimai asayişin pozulması halları. 

Dəniz kənarına gəzməyə yox, "güc nümayiş etdirməyə" gələnlər, sürəti ilə insanları təşvişə salan sürücülər, hətta maşınını dənizin içərisinə sürərək sosial şəbəkələrdə "şou" düzəltməyə çalışan şəxslərin sayı ildən-ilə artır. Onlar üçün nə digər vətəndaşların təhlükəsizliyi, nə də ictimai mədəniyyət anlayışı əhəmiyyət daşıyır. Bu cür məsuliyyətsiz davranışlar təkcə çimərlik mədəniyyətinə deyil, ümumilikdə cəmiyyətin rahatlığına və təhlükəsizliyinə təhdiddir.

Sosial şəbəkələrdə yayılan videolar, insanların narazılığı və hüquq-mühafizə orqanlarının cərimə tədbirləri də problemin qarşısını almaqda aciz qalır. Görünür, təkcə qanunla deyil, həm də ictimai şüurla bu davranışlara qarşı mübarizə aparmaq zamanıdır. Çünki dəniz istirahət yeri olmalıdır, təhlükənin ünvanı yox.

Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı Sherg.az-a açıqlamasında deyib ki, çimərlikdə maşınla şou göstərmək, maşınla dənizə girmək psixoloji və sosial problemlərin təzahürüdür: 


“Problem tək bu deyil, son illər çimərliklərdə, istirahət məkanlarında avtomobillərlə "şou göstərmək", yüksək səslə musiqi açaraq başqalarının rahatlığını pozmaq, maşını dənizə qədər sürmək kimi hadisələr artmaqdadır. Sosial şəbəkələrdə izləyici toplamaq, guya öz “azad həyat tərzini” nümayiş etdirmək məqsədi daşıyan bu davranışlar, əslində, həm hüquqi, həm də sosial-psixoloji problem kimi qiymətləndirilməlidir.

Çimərlik ərazilərində nəqliyyat vasitələrinin yüksək sürətlə hərəkəti azyaşlı uşaqlar, ailələr, yaşlı insanlar üçün birbaşa təhlükədir. Bu, həm də cəmiyyətin kollektiv istirahət haqqının pozulması deməkdir. Bu cür hallara hüquqi qiymət verilməsi vacibdir. Yol hərəkəti haqqında qanunvericiliyə əsasən, ictimai istirahət zonalarında avtomobillə təhlükə yaratmaq inzibati məsuliyyət yaradır. Lakin məsələ təkcə cərimə ilə bitməməlidir. Digər ölkələrdə belə şəxslər ya cəmiyyətə xidmət etməyə məcbur edilir, ya da psixoloji reabilitasiyaya yönləndirilir. Bənzər tədbirlərin Azərbaycanda da tətbiqinə ehtiyac var.

E.Bayramlı təəssüflə qeyd edib ki, son illər ərzində cəmiyyətimizdə etik və ictimai davranış mədəniyyəti ciddi şəkildə deqradasiyaya uğrayır. Bəzi insanlar ictimai qaydalara riayət etməməyi, kobudluq və özbaşınalığı azadlıq, özünüifadə əlaməti kimi təqdim etməyə çalışırlar. Bu isə əslində ciddi bir psixoloji problemin əlamətidir – natamamlıq kompleksi, özünü sübut etmə ehtiyacı.

Bu tip davranışlar, adətən, həyatda uğur əldə edə bilməyən, kompleks içində yaşayan şəxslərin başqalarına özünü sübut etmə cəhdidir. Bahalı avtomobilə, bahalı geyimə, ya da qeyri-adi davranışlara arxalanaraq “güclü” görünmək istəyirlər. Halbuki bu, cəmiyyət tərəfindən qəbul edilən uğur modeli deyil: “Guya bunlar komplekslərdən azad bir həyat yaşayırlar. Halbuki bu, ciddi bir psixi xəstəlikdir. Normal insanlar bu cür qeyri-etik davranışlarla özünü təsdiq etməyə çalışmır. Natamamlıq kompleksi olan, həyatda heç bir uğur əldə edə bilməyən insanlar bu cür qudurğan hərəkətlərlə özlərini sübut etməyə, bahalı maşınları, pulları ilə özlərini başqalarından üstün tutmağa, mövcudluğunu göstərməyə  çalışırlar. Bəzi ölkələrdə bu cür insanlar psixi xəstə diaqnozu ilə müalicə olunur. Bəzi ölkələrdə isə qaydaları bu formada pozan insanlar yüksək miqdarda cərimə edilir, sosial işlərə cəlb edilirlər. Bizim ölkəmizdə ictimai qınaq, maarifləndirmə tədbirləri heç bir effekt vermir. İnsanlarımız utanmaq hissini unudub, mənəvi dəyərlərimizdə ciddi aşınmalar gedib”.

Sosioloqun sözlərinə görə, problemin köklərindən biri də ailədə verilən tərbiyənin zəifliyidir: “Müasir dövrdə bəzi valideynlər "azadlıq" anlayışını yanlış başa düşərək uşaqlara sərhədsiz icazə verirlər. Nəticədə ailə daxilində sərhədləri bilməyən, sosial normaları anlamayan, məsuliyyət hissi olmayan gənclər böyüyür. Onlar sabah ictimai yerlərdə qaydalara hörmət etməyəcək, başqasının haqqına sayğı göstərməyəcək bir nəsil yetişdirir. 

Bu axmaq təfəkkürü bizim ölkəmizə kimlər gətirdi bilmirəm, vəziyyət çox acınacaqlıdır. Narsist, həyasız, arsız uşaqlar böyüdülür. Bu tərbiyə ilə böyüyən uşaqlar da böyüyəndə maşını dənizə də sürür, insanların üstünə də ...

Bu tip davranışların qarşısını almaq üçün cəmi bir tədbir kifayət etmir. Həm hüquqi tədbirlər (məsuliyyət, cərimə, ictimai xidmət cəzası), həm də uzunmüddətli maarifləndirmə lazımdır. Məktəblərdə və ailələrdə ictimai davranış qaydaları tədris olunmalı, əxlaqi və mənəvi dəyərlər uşaqlara aşılanmalıdır.

Təəssüf ki, bizdə ictimai qınaq artıq təsirli mexanizm deyil. İnsanlar utanmaq hissini itirib, hər şeyi “şou” və “kontent” üçün etməyə hazırdırlar. Ona görə də məsuliyyət təkcə cəmiyyətin deyil, həm də dövlətin, media orqanlarının və təhsil sisteminin üzərinə düşür”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 İyul 2025 02:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri