NASA “Artemida 3” missiyasının heyətini açıqlayıb
Lent az saytına istinadən Icma.az xəbər verir.
NASA “Artemida-3” kosmik missiyasının heyətini açıqlayıb. Missiyanın ekipajı dörd nəfərdən ibarət olacaq və onun tərkibində Avropa Kosmik Agentliyinin bir astronavtı da yer alacaq.
Lent.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri Cared Ayzekman məlumat yayıb.
Missiyanın komandiri amerikalı astronavt Rendi Breznik təyin olunub. Pilot funksiyasını italiyalı astronavt Luka Parmitano yerinə yetirəcək. Amerikalılar Frenk Rubio və Andre Duqlas isə missiya mütəxəssisləri kimi fəaliyyət göstərəcəklər. Ehtiyat ekipaj üzvü Bob Hayns olacaq.
NASA rəhbərinin sözlərinə görə, “Artemida-2” missiyasından fərqli olaraq, “Artemida-3” Yerətrafı orbitdə həyata keçiriləcək və Ay missiyaları üçün bir neçə raketin eyni proqram çərçivəsində istifadəsini sınaqdan keçirmək məqsədi daşıyacaq.
“Biz "Artemida-3" missiyasından çoxsaylı buraxılışların koordinasiyasını təkmilləşdirmək və müxtəlif sistemlərin uyğunluğunu yoxlamaq üçün istifadə edəcəyik”, - deyə Ayzekman bildirib.
Məlumata görə, missiyada “SpaceX” və “Blue Origin” şirkətlərinin daşıyıcı raketlərindən istifadə olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 09 İyun 2026 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















