Icma.az
close
up
RU
NASA Ay və Marsın tədqiqi planlarına dair sənədlər paketini yeniləyib AZƏRTAC

NASA Ay və Marsın tədqiqi planlarına dair sənədlər paketini yeniləyib AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 15 dekabr, AZƏRTAC

NASA Ay və Marsın tədqiqi planlarına dair sənədlər paketini yeniləyib. Bu iki səma cismi Günəş sisteminin tədqiqat proqramı ilə sıx bağlıdır.

AZƏRTAC NASA-nın saytına istinadla xəbər verir ki, Marsa uçuş üçün baza Ayda yaradılacaq və yalnız bundan sonra Marsa gedən yoldan danışmaq mümkün olacaq. Bununla yanaşı, agentlik planetar kosmik proqramlara münasibətə yenidən baxmağa çağırır və bunu əsas gətirir ki, dövlətin maliyyələşdirməsindən uzaqlaşmaq və özəl investorları cəlb etmək lazımdır.

Ay və Marsın tədqiqi üçün üç əsas məqam dəyişməz olaraq qalır, yalnız təfərrüat dəyişir – bu, planetar infrastrukturu enerji ilə təmin etmək üçün kompakt nüvə reaktorlarının yaradılması, ağır yüklərin enişi üçün Ay modulunun istehsalı və Ayda insanın daimi mövcudluq bazasının yaradılmasıdır. NASA hər il sənayenin və təchizatçıların imkanlarını nəzərə alaraq Ay-Mars proqramının “arxitekturasını” korrektə edir.

NASA-nın Marsın kəşfiyyat proqramı ilə bağlı təsəvvürlərin “paradiqmasını dəyişmək” zərurətini ortaya qoyduğu bir sənəd daha çox maraq doğurur: “Ənənəvi düşüncəyə meydan oxumaq və Marsın kəşfiyyatı üçün yeni və yaradıcı həllər axtarmaq lazımdır”. “Mars haqqında elmin sərhədlərinin genişləndirilməsi: Marsda davamlı elm proqramı Planı – 2024-2044-cü illər üçün Marsın tədqiqi Proqramı” adlı sənədi NASA-nın Elm Missiyası Direktorluğu (MEP) hazırlayıb.

NASA həmçinin etiraf edir ki, təşkilat artıq Marsın məqsədyönlü tədqiqinə sadiq olan azsaylı təşkilatlardan biri deyil. Digər ölkələrin təşəbbüsləri inkişaf edir və Qırmızı Planetin kəşfiyyatı üçün kommersiya xidmətlərinin toxumları cücərir. Bu həm də paradiqmanın dəyişməsidir.

“Marsın kəşfiyyatında ön sıralarda qalmaq üçün MEP yeni, fərqli bir modelə sadiq qalmalıdır: sərfəli və əldə ediləbilən şəkildə Marsa daha çox missiya göndərmək və bunu müxtəlif istedadları inkişaf etdirərək və ictimaiyyəti Marsın kəşfiyyatına cəlb edərək etmək”, - deyə hesabatda qeyd edilir.

Sənəddə “aşağı xərcli missiya” buraxılış və missiya xərcləri istisna olmaqla, təxminən 100 milyon dollardan 300 milyon dollara qədər qiymətləndirilir. “Orta sinif strateji missiyanın” dəyəri, raket daşıyıcısı və missiya əməliyyatları xərcləri istisna olmaqla, təxminən 1-2 milyard dollar həcmindədir.

NASA-nın Marsın Kəşfiyyat Proqramının direktoru Erik Yanson bildirir ki, “ənənəvi düşüncəyə meydan oxumaq və Marsın kəşfiyyatı üçün yeni və yaradıcı həllər axtarmaq” lazımdır. Bura “daha az bahalı elmi tədqiqatların müəyyən edilməsi, Mars ətrafında infrastrukturun möhkəmləndirilməsi, yeni uğurlu texnologiyaların axtarışı və cəmiyyətdə Marsın tədqiqatında iştirakı genişləndirən mühitin yaradılması” daxil ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Dekabr 2024 04:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri