NASA nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 14 oktyabr, AZƏRTAC
NASA-nın “Perseverance” Mars roveri başqa bir planetdə qət edilən ən uzun məsafə rekordu qırıb. O, oktyabrın 11-nə qədər Marsda 45,22 kilometr məsafə qət edib.
AZƏRTAC NASA-ya istinadla xəbər verir ki, bu nailiyyət missiyanın 2006-cı il Mars günündə qeydə alınıb. Beləliklə, “Perseverance” 2004-2018-ci illər arasında 45,16 kilometr qət edən “Opportunity” roverinin əvvəlki rekordunu üstələyib.
“Perseverance” roveri bu nailiyyəti beş il yarım ərzində əldə edib, “Opportunity” isə eyni məsafəni qət etmək üçün təxminən 15 il vaxt sərf edib.
“AutoNav” muxtar naviqasiya sistemi rekordun qırılmasında əsas rol oynayıb. Bu sistem roverə ərazini müstəqil şəkildə təhlil etməyə, maneələri müəyyənləşdirməyə və təhlükəsiz marşrut seçməyə imkan verir. “Perseverance” Yerdən daimi rəhbərliyə ehtiyac olmadan bu sistemdən istifadə edərək ümumi məsafəsinin 90 faizindən çoxunu qət edib.
NASA-nın məlumatına görə, oktyabrın 11-də rover əvvəlki rekordu keçərək 91,31 metrlik məsafə qət edib. O, hazırda Jezero kraterinin qərb kənarı yaxınlığındakı “Lac de Charmes” bölgəsini araşdırır və qədim geoloji prosesləri öyrənmək üçün maraqlı olan İdubi ərazisinə gedir.
NASA Jezero kraterinin kənarının təxminən 2028-ci ilə qədər tədqiqinə imkan verəcək “Perseverance” missiyasının müddətinin uzadılmasını təsdiqləyib. Alimlər hesab edirlər ki, bir vaxtlar həmin ərazidə göl olub və bölgənin geoloji formasiyaları qədim Marsda mövcud olan şəraitə dair ipucları ehtiva edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 14 Oktyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















