NASA nın “Perseverance” roveri Marsda rekord qırıb
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) məxsus “Perseverance” roveri Marsın səthində 45,2 kilometr məsafə qət edərək Yer kürəsindən kənar səma cisimlərində ən uzun məsafə qət edən rover olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Bildirilib ki, 2021-ci ildə Marsa eniş edən altı təkərli robot indiyədək planetin qədim geoloji bölgələrini araşdırıb. “Perseverance” bu nəticə ilə 2004-2018-ci illərdə Marsda fəaliyyət göstərən “Opportunity” roverinin rekordunu geridə qoyub. “Opportunity” həmin müddətdə təxminən 45 kilometr məsafə qət etmişdi.
NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının (JPL) layihə meneceri Stiven Li bildirib ki, “Perseverance”in texniki sistemləri və elmi avadanlıqları yaxşı vəziyyətdədir. Son qiymətləndirmələr roverin 2030-cu illərə qədər fəaliyyətini davam etdirə biləcəyini göstərir.
Onun sözlərinə görə, hazırda roverin hərəkət sistemləri 100 kilometr və ya daha çox məsafə qət etmək imkanının yoxlanılması məqsədilə sınaqdan keçirilir.
“Perseverance”in indiyədək əldə etdiyi nəticələrdə “AutoNav” adlı avtonom idarəetmə sisteminin mühüm rolu var. Stiven Linin sözlərinə görə, roverin hərəkətlərinin təxminən 90 faizi birbaşa insan müdaxiləsi olmadan həyata keçirilir. Sistem ətraf ərazinin üçölçülü xəritəsini hazırlayır və qarşıya qoyulan məqsədə çatmaq üçün ən təhlükəsiz marşrutu müəyyənləşdirir.
Hazırda Marsın şimal yarımkürəsində yerləşən Jezero kraterini araşdıran roverin əsas məqsədlərindən biri planetdə qədim mikrob həyatının mövcudluğu üçün əlverişli şəraitin olub-olmadığını müəyyənləşdirməkdir. Alimlər milyardlarla il əvvəl bu ərazidə gölün mövcud olduğunu və suyun kraterə axdığını düşünürlər.
Rover kraterin qərb kənarında yerləşən Lac de Charmes bölgəsindən keçərək İdubiyə doğru hərəkət edir.
NASA-nın məlumatına görə, “Perseverance”in ən mühüm elmi nəticələrindən biri Marsda mümkün biosiqnatura izinin aşkarlanmasıdır. Bu ehtimal olunan iz 3,2-3,8 milyard il əvvəl formalaşdığı düşünülən qırmızımtıl qayada müəyyən edilib. Həmin dövrdə Jezero kraterinə çayın axdığı ehtimal olunur.
Bununla belə, tapıntı Marsda həyatın mövcudluğunun qəti sübutu hesab edilmir. Alimlər nümunələrin və geoloji şəraitin əlavə araşdırılmasına ehtiyac olduğunu bildirirlər.
Jezero krateri digər xüsusiyyətlərinə görə də tədqiqatçıların diqqətini cəlb edir. Orbitdən əldə olunan məlumatlar ərazinin bəzi hissələrində vaxtilə isti yeraltı suların dövr etdiyi hidrotermal sistemlərin mövcud ola biləcəyini göstərir. Belə mühitlərin isə həyatın yaranması üçün əlverişli şərait yaratmış ola biləcəyi ehtimal edilir.
Qeyd edək ki, “Perseverance”in ilkin missiyası çərçivəsində 20 kilometr məsafə qət etməsi nəzərdə tutulmuşdu. NASA missiyanın müddətini uzadıb. Bu qərar roverə ən azı 2028-ci ilin sonunadək kraterin kənarını araşdırmağa davam etmək imkanı verəcək.
Rover plutonium əsaslı enerji sistemi ilə təchiz olunub. NASA həmin sistemin normal işlədiyini və aparatın uzun illər fəaliyyətini təmin etmək üçün kifayət qədər enerji verə biləcəyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:NASA nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb
14 Oktyabr 2026 11:08
Perseverance Marsda unikal qaya kəşf edir
07 Fevral 2025 21:13
Perseverance Marsda unikal bir kəşfə imza atdı
05 Fevral 2025 23:37
“Perseverance”da bir ilk Marsda yad obyekt aşkarladı
25 Dekabr 2025 07:10
NASA nın Mars roveri Marsda rekord məsafə qət edib…
20 Dekabr 2025 19:38
Baxış sayı:94
Bu xəbər 15 Oktyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















