Icma.az
close
up
RU
Nasaz maşın ağır qəzaya səbəb oldu

Nasaz maşın ağır qəzaya səbəb oldu

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Nasazlıq səbəbindən yolda məcburi dayanan sürücünün digər hərəkət iştirakçılarını xəbərdar etmək niyyəti faydasız olub. Belə ki, Şəban Həsənov idarə etdiyi “FAW” markalı yük avtomobilində yaranan texniki nasazlıq səbəbindən Yasamal rayonu ərazisindən keçən Kənar Dairəvi yolun 5-ci kilometrində məcburi dayanıb.

Qanunvericilikdə nəzərdə tutulan təhlükəsizlik tədbirlərini görmək, ən qısa müddətdə avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, təəssüf ki, Ş.Həsənov avtomobilin arxa hissəsində, qısa bir məsafədə yerə 2 əşya düzməklə kifayətlənib, bununla vəzifəsini yerinə yetirdiyini güman edib.

Nəticədə nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü Orxan Cavadov vəziyyəti gec qiymətləndirib və gəldiyi sürətlə də yük avtomobili ilə toqquşub.

Sükan arxasında diqqətinin yayındığı, yaxud yuxuladığı ehtimal edilən O.Cavadov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sözügedən hadisənin videogörüntüsünü təqdim etməklə bir daha sürücüləri diqqətli olmağa, qeyd olunan səbəblərdən dəfələrlə ağır faciələrin yaşandığını nəzərə alaraq, qanunla tələb olunan vəzifələri qeyd-şərtsiz yerinə yetirməyə, özlərinin və başqalarının həyat və sağlamlığına biganə qalmamağa çağırır.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Aprel 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see272

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see251

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see240

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see237

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see212

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see203

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see193

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see192

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see186

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see182

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see177

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see173

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see170

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see168

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see162

Millətlər Liqasında növbəti oyunlar: Polşadan darmadağın, Fransa və İtaliya heç heçə etdi

03 Oktyabr 2026 01:09see159

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see156

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see156

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see155

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri