Icma.az
close
up
RU
“National Geographic” Göygöl şərablarından yazdı Şərab turizminin inkişafı

“National Geographic” Göygöl şərablarından yazdı Şərab turizminin inkişafı

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyaca nüfuzlu “National Geographic” nəşrində Azərbaycan şərabçılıq sənayesi ilə bağlı geniş məqalə dərc olunub.

“Qafqazinfo" xəbər verir ki, “National Geographic Traveller” (UK) jurnalında yemək və qastronomiya mövzuları üzrə köməkçi redaktor Fəridə Zeynalovanın müəllifi olduğu məqalədə Azərbaycanın şərabçılıq tarixindən, günümüzdə bu sahədə olan vəziyyətdən və bir sıra şərab istehsal edən zavodlardan bəhs olunub.

Məqalədə qeyd olunur ki, Göygöl şəhərində yerləşən və 160 illik tarixə malik olan “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim şərab, konyak, şampan, araq və alkoqolsuz içkilər istehsal edən müəssisəsidir. Cənubi Qafqazın qədim şərabçılıq təsərrüfatlarından biri olan “Göygöl Şərab Zavodu” ASC-nin təməli 1860-cı ildə Azərbaycanın o zamanlar Yelenendorf adlandırılan indiki Göygöl rayonunda məskunlaşmış Şvab almanları tərəfindən qoyulmuşdur.

1862-ci ildə "Forer Qardaşları" Səhmdar Cəmiyyəti təsis olunmuşdur. Həmin cəmiyyətə ata Xristofer Forer və onun oğulları Qotlob, Fridrix və Henrix rəhbərlik edirdilər. Elə həmin vaxt "Hummel Qardaşları Ticarət Evi" Səhmdar Cəmiyyəti yaradıldı ki, buna da X.Hummel və onun oğulları Yakob, Albert, Georq və Qotlib rəhbərlik edirdilər. Hər iki cəmiyyətın idarə heyəti Yelenendorfda yerləşirdi, onların nümayəndəlikləri və satış mərkəzləri isə Gəncə, Bakı, Tiflis, Peterburq, Moskva, Kiyev, Odessa, Tomsk və Batumi şəhərlərində fəaliyyət göstərirdi. 8 avqust 1922-ci ildə bu zavodun əsasında yaradılmış "Konkordiya" kooperativi o vaxtlar bütün Qafqaz regionunda şərab, konyak va araq istehsal edən ən böyük şərabçılıq təsərrüfatı idi.

Göygöldən Avropaya şərab ixrac edən ilk şirkət

Müəssisədə  “Kaqor”, “Köhnə portveyn”, “Ağ süfrə şərabı”, ”Qırmızı süfrə şərabı”, “Xeres şərabları”, “Qaranquş”, ”Ekstra” konyakları, likyorlar və şampan şərabları istehsal olunurdu. Həmin vaxt Azərbaycanda istehsal olunan şərab məhsullarının böyük hissəsi “Göygöl Şərab Zavodu” ASC-nin payına düşürdü, həmçinin Rusiya imperiyasında yalnız dörd müəssisə klassik fransız texnologiyasından istifadə edərək şampan istehsal edib, “Göygöl Şərab Zavodu” ASC onlardan biridir. Bunun üçün üzümün müəyyən növlərindən alınan şərablar tələb olunurdu: Aligote, Serceal, Veredello, Pinot grisi, Pinot ağ. Bir faktı göstərmək kifayətdir ki, 1924-1925-ci illər ərzində «Konkordiya» cəmiyyəti 1.350.397 vedrə şərab istehsal etmişdi. 1926-ci ilin statistikasına əsasən Azərbaycanda yığılan üzümün 48%-i “Göygöl Şərab Zavodu” ASC-də emal edilmişdir. Bu dövrdə müəssisənin 13 şərab zirzəmisində 670 min vedrə şərab saxlanılırdı. Həmin illərdə şərabla yanaşı konyak istehsalı sahələri də yaradılmışdı. Müəssisədə istehsal edilən “Gəncə”, “Bakı”, “Yubiley”, “Azərbaycan”, “Moskva” və “Şirvan” konyakları beynəlxalq müsabiqələrdə 16 qızıl, 11 gümüş və 1 bürünc medal qazanmışdır, həmçinin seçmə şampan və şərablar müsabiqələrdə 1 qızıl, 6 gümüş və 1 bürünc medala layiq görülmüşdür. XIX əsrin sonlarında müəssisədə istehsal edilən şərabların Almaniyaya və Hollandiyaya ixracı başlamış və müəssisə Azərbaycandan Avropaya şərab ixrac edən ilk şirkət kimi tarixə düşmüşdür.

Turizm inkişafı üçün geniş imkanlar

Göygöl rayonu turizmin inkişafı üçün geniş imkanlara malikdir. Sıx meşələri, buz bulaqları, zirvəsi həmişə qarla örtülən dağları, zəngin florası uzun illərdir ki, turistləri cəlb edir. Burada təbiətin gözəlliyi müasir tələblər səviyyəsində inşa olunan istirahət mərkəzləri ilə də vəhdət təşkil edir. Turistlərin daha çox marağına səbəb olan faktorlardan biri də Göygöl rayonunun tarixin müxtəlif dövrlərinə aid abidələridir. Son zamanlar rayonda turizm sahəsinin inkişafının daha da sürətləndirilməsi, qədim tarixi və alman irsinə olan tolerant münasibəti nümayiş etdirmək məqsədilə silsilə tədbirlərin həyata keçirilməsi, əvvəlki illərlə müqayisədə bu il rayona gələn yerli və xarici turistlərin sayının nəzərə çarpacaq qədər artmasını təmin etmişdir. Göygöl rayonu öz füsunkar gözəlliyi ilə hər bir turisti heyrətləndirir.

Məqalə ilə BURADAN tanış olmaq olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Avqust 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see269

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see228

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see196

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see130

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see118

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see113

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see113

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see113

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see111

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see111

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri