NATO Arktikaya onminlərlə hərbçi göndərir
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) blokun yeni "Arktika keşikçisi" (Arctic Sentry) missiyası çərçivəsində keçiriləcək manevrlərdə iştirak etmək üçün bölgəyə onminlərlə hərbçi göndərməyi planlaşdırır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte bəyanatla çıxış edib.
Baş katibin sözlərinə görə, təşəbbüs çərçivəsində keçiriləcək təlimlərə alyansın onminlərlə hərbçisi cəlb olunacaq. Bu təlimlərə Qrenlandiyada Danimarkanın "Arctic Endurance" və Norveçdə "Cold Response" manevrləri də daxildir. Qeyd olunub ki, həmin təlimlər NATO missiyasından asılı olmayaraq əvvəlcədən planlaşdırılıb.
"Mən bütün detalları açıqlaya bilmərəm, əks halda Moskva və Pekindəki dairələri həddindən artıq məlumatlandırmış olaram. Bizim qiymətləndirməmizə görə, Rusiya və Çin bu regiona yüksək maraq göstərir", - deyə Mark Rütte əlavə edib.
O qeyd edib ki, təşəbbüsün əsas məqsədi "Rusiya və Çinin Qrenlandiyaya və onun iqtisadi resurslarına çıxış əldə etməsinin qarşısını almaqdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 12 Fevral 2026 08:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















