NATO Baş katibi ABŞ rəsmisi ilə görüşdü, Ukrayna ilə bağlı mühüm mesaj verdi: Bizim görəcəyimiz çox iş var
Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"ABŞ və NATO müttəfiqləri Ukraynada daimi sülhə nail olmaq üçün birgə işləyəcək".
Mia.az xarici məıtbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Brüsseldəki mənzil-qərargahında ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşdə deyib.
Rutte bildirib ki, ABŞ rəsmisi və NATO nümayəndələri Ukraynada ədalətli və daimi sülhlə bağlı məsləhətləşmə aparıblar: "Bizim görəcəyimiz çox iş var. Müharibəyə son qoymaq və hamımız üçün davamlı təhlükəsizliyə nail olmaq üçün yaxından əməkdaşlıq edəcəyik"
Yeri gəlmişkən, Kelloqun Aİ Komissiyasının sədri Ursula fon der Leyen ilə planlanlalan görüşü ləğv olunub. Buna səbəb Aİ rəsmisinin Parisdə Ukrayna ilə bağlı fövqəladə sammitdə iştirakı olub.
Lamiyə Əhmədli
Mia.az
Baxış sayı:124
Bu xəbər 18 Fevral 2025 00:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















