Icma.az
close
up
RU
NATO dan Rusiyaya qarşı müdafiə planı 4400 səhifəlik

NATO dan Rusiyaya qarşı müdafiə planı 4400 səhifəlik

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

NATO hərbçiləri və rəsmiləri arasında Rusiya ilə müharibənin qaçılmaz olduğuna dair əminlik getdikcə artır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Welt” nəşri yazıb.

Bildirilib ki, Rusiya ilə qarşıdurma ehtimalı NATO daxilində ciddi narahatlığa səbəb olub.

Ekspertlər hesab edirlər ki, Ukraynada müharibə başa çatdıqdan sonra Rusiyanın hücum təhlükəsi əhəmiyyətli dərəcədə artacaq. 

“Heç kim Ukraynada müharibənin nə qədər davam edəcəyini bilmir. Lakin NATO ərazisinə, xüsusilə Baltik ölkələrinə hücum təhlükəsi Ukraynada müharibə bitdikdən sonra ən yüksək səviyyəyə çatacaq. Biz artıq “sıfır fazası”ndayıq” - NATO-nun keçmiş yüksəkrütbəli generalı nəşrə bildirib.

Alyans həmçinin bəzi Rusiya hərbi dairələrinin yenidən təşkil edilməsindən narahatdır. 

Estoniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kaupo Rozinin fikrincə, bu islahat NATO ölkələri ilə sərhədlərdə Rusiya qoşunlarının sayının artmasına gətirib çıxaracaq.

“Biz görürük ki, bu bölmələr bir-iki həftəlik təlimdən sonra döyüş əməliyyatları aparmaq üçün tez bir zamanda Ukraynaya göndərilir. Lakin gec-tez onlar geri qayıdacaqlar”, - o vurğulayıb.

Qeyd edilib ki, NATO üçün düşmən qoşunlarının sərhəd yaxınlığında yerləşdirilməsi problem yaradır. Rusiya Silahlı Qüvvələri böhran zamanı sürətli hücuma keçə bilər və bu halda NATO-nun müdafiə üçün çox az vaxtı olacaq. Buna görə də alyans Rusiyanın hücumunun qarşısını almaq üçün intensiv hazırlıq görür və artıq gizli müdafiə planlarının həyata keçirilməsi işinə başlanılıb.

Nəşrin məlumatına görə, NATO-nun Avropadakı Ali Baş Komandanı Kristofer T. Donahyu Brüsseldə NATO-ya üzv 32 dövlətinin hərbi nümayəndələrinə 4400 səhifəlik hərtərəfli müdafiə konsepsiyasını (“Şərq cinahında çəkindirmə xətti konsepsiyası”) təqdim edib.

“Donahyunun konsepsiyasında pilotsuz uçuş aparatları və avtonom silahlar, eləcə də NATO-nun şərq sərhədi boyunca daha çox ağır silahların yerləşdirilməsi və məlumat mübadiləsi üçün silahlı qüvvələr arasında əlaqələrinin təkmilləşdirilməsi əsas rol oynayır", - “Welt” yazır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri