NATO nümayəndələri Bakıda
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
NATO nümayəndələri Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunan Akademik Konfransda iştirak etmək üçün Bakıya səfər ediblər.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə “X” platformasındakı paylaşımında bildirib.
Qeyd edilib ki, səfər çərçivəsində NATO Baş katibinin Əməliyyatlar üzrə köməkçisinin müavini Burcu San rəhbərliyindəki NATO nümayəndələri, Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə ilə birgə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev ilə görüş keçiriblər.
Görüş çərçivəsində, Azərbaycan-NATO tərəfdaşlığı ilə bağlı məsələlər, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib və müzakirələr zamanı Azərbaycanın NATO-nun rəhbərlik etdiyi əməliyyatlara və müttəfiq ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə NATO-nun etibarlı tərəfdaşı olduğu qeyd edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:63
Bu xəbər 25 Noyabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















