NATO nun 13 üzvü yeni təlim imkanlarının yaradılmasında əməkdaşlıq edəcək
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Berlin, 15 oktyabr, AZƏRTAC
NATO-ya üzv 13 ölkə - Kanada, Çexiya, Danimarka, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Niderland, Norveç, İspaniya, Türkiyə və Birləşmiş Krallıq çoxtərəfli simulyasiya əsaslı təlim imkanının yaradılmasına başlamaq barədə razılığa gəlib.
AZƏRTAC Alyansın saytına istinadla xəbər verir ki, NATO-nun Brüsseldə keçirilən müdafiə nazirlərinin toplantısı çərçivəsində bu barədə imzalanma mərasimi keçirilib. Bu təşəbbüsün məqsədi getdikcə artan beynəlxalq hərbi təlim tələblərinə səmərəli və qənaətcil şəkildə cavab verməkdir. Layihə mövcud milli simulyasiya təlim sistemlərindən istifadə edərək təhlükəsiz, qabaqcıl və immersiv virtual təlim şəbəkəsi qurmağı nəzərdə tutur. Layihə tam fəaliyyətə başladıqdan sonra bu imkan sayəsində çoxtərəfli və müxtəlif sahələri əhatə edən təlimlərə çıxış asanlaşacaq, xərclər azalacaq, təlimlərin planlaşdırılması və icrası üçün tələb olunan vaxt əhəmiyyətli dərəcədə qısalacaq.
NATO Baş katibinin müavini Radmila Şekerinska bildirib ki, layihə Alyansın müdafiəsi üçün tələb olunan qüvvələrin və döyüş hazırlığının təmin olunmasına kömək edəcək.
Layihədə NATO-nun Hind-Sakit Okean tərəfdaşları da iştirak edə bilərlər.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 15 Oktyabr 2025 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















