NATO nun Baş katibi Ərdoğanla görüşə hazırlaşır Türkiyədə eyni gündə həm Zelenski ilə Putinin görüşü, həm də alyansın tədbiri keçiriləcək
Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, NATO-nun Baş katibi Mark Ryutte matın 13-də Türkiyəyə səfər edəcək, orada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Səfər NATO-nun xarici işlər nazirlərinin 14-15 may tarixlərində keçirilməsi planlaşdırılan qeyri-formal görüşünə hazırlıq çərçivəsində baş tutacaq.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat verib.
Məlumatda deyilir: "Mayın 13-də NATO-nun Baş katibi Mark Ryutte Ankaraya səfər edəcək. Görüş alyansın xarici işlər nazirlərinin 14-15 may tarixlərində Antalyada keçiriləcək qeyri-formal görüşü ərəfəsində baş tutacaq".
Xatırladaq ki, mayın 15-də, İstanbulda RF Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü gözlənilir.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 12 May 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















