“NATO ölkələri Rusiyadan gələn real və daimi təhdidlərlə üzləşir” Rütte
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
NATO ölkələri Rusiyadan gələn real və daimi təhdidlərlə üzləşir, Rusiya Ukraynanın mülki obyektlərinə və infrastrukturuna hücumlarını gücləndirir, alyans üzvlərinin hava məkanını pozur, kiberhücumlar həyata keçirir və müttəfiqlərin sualtı infrastrukturunu xəritəçəkməyə almaq üçün casus gəmilər göndərir.
"Report" Avropa bürosu xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Brüsseldə alyans ölkələrinin xarici işlər nazirlərinin iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
"Bu gün əsas diqqət müdafiəyə yatırılan sərmayələrə yönəldilib. Avropa müttəfiqləri və Kanada investisiyalarını əhəmiyyətli dərəcədə artırırlar – bu, müsbət haldır. Amma daha çox iş görməliyik", – deyə o vurğulayıb.
Baş katib əlavə edib ki, nazirlər Haaqada qəbul edilmiş öhdəliyi – hər il ÜDM-in 5 %-nin müdafiəyə cəlb olunması məsələsini müzakirə ediblər. Onun sözlərinə görə, bu, kollektiv müdafiə üçün əsas vasitələrin, o cümlədən müasir HHM sistemlərinin hazırlanmasına və alınmasına imkan verəcək.
"Biz bir daha təsdiqlədik ki, Ukraynaya dəstək bu 5 %-lik hədəfə çatmaqda nəzərə alınır, çünki bu, birbaşa olaraq öz təhlükəsizliyimizə töhfə verir", – Rütte qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 03 Dekabr 2025 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















