Icma.az
close
up
RU
NATO Putini ordu ilə hədələdi

NATO Putini ordu ilə hədələdi

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Vladimir Putin mümkün atəşkəsdən sonra yenidən hücum etmək qərarına gələrsə, bir neçə Avropa ölkəsi Ukraynaya qoşun göndərməyə hazırdır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu  NATO-nun baş katibi Mark Rutte açıqlayıb. Rutte “Bild”-ə verdiyi müsahibədə deyib ki, bəzi Avropa ölkələri tələb olunarsa, qoşun göndərməyə hazır olduqlarını bildiriblər. O bildirib ki, hazırda quruda, dənizdə və havada mümkün qüvvələrin yerləşdirilməsinin təfərrüatlarını ətraflı şəkildə izah edən "könüllülər koalisiyası" konsepsiyası üzərində iş gedir.

Rutte izah edib ki, müttəfiqlər sülh müqaviləsindən sonra Ukraynaya bir daha hücum edilməməsini təmin etmək üçün üç səviyyəli çəkindirmə sistemi yaratmağa çalışırlar. Birinci səviyyə ölkəni müstəqil şəkildə müdafiə edə bilən güclü Ukrayna Silahlı Qüvvələridir. 

İkinci səviyyə əlavə təhlükəsizlik zəmanətləri verəcək könüllülər koalisiyasıdır. Üçüncü səviyyə isə ABŞ-nin dəstəyidir: "Hazırda bu üç elementi Putinə aydın şəkildə izah edəcək şəkildə birləşdirmək üzərində işləyirik: o, bir daha Ukraynaya toxunmamalıdır".

Mark Rutte qeyd edib ki, hazırda Ukraynada sülhün bərqərar olmasında irəliləyişin olmamasının yeganə səbəbi Putinin mövqeyidir. NATO-nun baş katibi xatırladıb ki, Putin son dərəcə məhdud hərbi nəticələr üçün çox sayda rus əsgərini qurban verməyə hazırdır. 

"Bu il Rusiya yalnız minimal ərazi qazanclarına nail olub - Ukrayna ərazisinin 1%-dən az hissəsi, Rusiya itkiləri isə 1,1 milyon nəfərdir. Bu, dəhşətlidir, amma qarşılaşdığımız reallıq budur", - deyə o vurğulayıb.

NATO-nun baş katibi bildirib ki, Amerikanın Ukraynaya dəstəyinin dayandırılmasını gözləmir. O, hazırda kəşfiyyat məlumatlarının mübadiləsi və Kiyevə silah çatdırılması davam etdiyini bildirib. Qeyd edib ki, Haaqada keçirilən sammitdə ABŞ Prezidenti Donald Tramp Ukraynanı gücləndirmək öhdəliyini bir daha təsdiqləyib.

Xəzər
“Cebheifo.az”

Açar sözlər: NATO Putin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Dekabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see392

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see266

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see263

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see259

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see259

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see255

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see254

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see252

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see250

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see249

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see238

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see230

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see228

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see228

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see228

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see227

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see226

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see224

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri