Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

NATO Türkiyə ilə daha güclüdür

NATO Türkiyə ilə daha güclüdür

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Anadolu Qərbin sərhəd ölkəsi deyil, dünya geosiyasətinin mərkəzi həlqəsidir

Bu gün NATO-ya üzvlüyünün 73-cü ildönümünü qeyd edən Türkiyə həm “soyuq müharibə” dövründə, həm də ondan sonra Şimali Atlantika İttifaqının öncül üzvlərindən biri olub. 

Türkiyə NATO-nun fəaliyyətini istiqamətləndirən əsas müttəfiqlərdən biri kimi, eyni zamanda, təkcə region üçün deyil, bütün Avro-Atlantik məkan üçün təhdid yaradan beynəlxalq terrorizmə qarşı mübarizədə  öhdəsinə düşəni layiqincə yerinə yetirir. 

Tarixə qısa nəzər salaraq oxuculara xatırladaq ki, Türkiyənin NATO-ya ilk müraciəti 1950-ci ildə olub. Amma müraciət rədd edilib. 1950-ci il mayın 14-də Demokrat Partiyasının (DP) hakimiyyətə gəlişi və iyunun 25-də Koreya müharibəsinin başlaması Türkiyənin alyansa üzv olması üçün fürsət yaratdı. Baş nazir Adnan Menderes və Prezident Cəlal Bayarın qərarı ilə 4500 nəfərlik Türkiyə qoşunu Koreyaya göndərildikdən sonra Ankara 1950-ci il avqustun 1-də ikinci dəfə müraciət etdi. Amma bu dəfə də NATO Nazirlər Şurası tərəfindən rədd edildi.

Yalnız 1951-ci ildən başlayaraq ABŞ Türkiyənin NATO-nun təhlükəsizliyi üçün tamhüquqlu üzv olmasını nəzərdən keçirməyi məqbul saydı. Çünki artan sovet ekspansionizmi səbəbindən NATO-nun cənub-şərq qanadını möhkəmləndirməyə ehtiyac vardı. Bundan başqa, Koreyada Kunuri döyüşündə türk əsgərlərinin çinlilərə qarşı qəhrəmancasına vuruşmaları, ABŞ briqadasının həyatını xilas etmələri Türkiyənin nüfuzunu artırdı. Bu amillər nəzərə alınaraq Türkiyə 1952-ci il fevralın 18-də rəsmi olaraq NATO-ya üzv qəbul olundu.

ARAYIŞ: SSRİ təhlükəsinə qarşı atılan ilk addım 1948-ci il martın 17-də Böyük Britaniya, Fransa, Belçika, Hollandiya və Lüksemburq arasında “Brüssel müqaviləsi”nin imzalanması oldu. Amma dövrün ən böyük hərbi gücünə malik  Amerika Birləşmiş Ştatlarının (ABŞ) müqavilədən kənarda qalması məqsədəuyğun hesab edilməyəndə, 1949-cu il aprelin 4-də Şimali Atlantika Müqaviləsi Təşkilatı  (NATO) yaradıldı və ABŞ bu ittifaqa daxil edildi. 1952-ci il fevralın 18-də Türkiyə Böyük Millət Məclisi Türkiyənin NATO-ya üzvlüyünü təsdiqlədi. Hazırda qurumun 32 üzvü var. Mənzil-qərargahı Brüsseldə yerləşən alyansın baş katibi Mark Ruttedir. 

Bu gün Türkiyə təkcə üzvü olduğu NATO üçün deyil, digər regional ittifaqlar üçün də strateji əhəmiyyətə malikdir. Türkiyənin həm hərbi qüdrəti, həm də geosiyasi dərinliyi NATO strategiyaları üçün əvəzolunmazdır. Yəni bu gün NATO-nu Türkiyəsiz təsəvvürə gətirmək mümkün deyil. 

Türkiyənin gücü təkcə geniş Avrasiya sərhədləri ilə deyil, həm də təsir dairəsi qurduğu coğrafiyalarla ölçülür. Bəli, qardaş Türkiyənin Qərb, Asiya və Afrika blokları arasında yerləşdiyi coğrafi mövqe regional hadisələrə çevik gözlə baxmaq imkanı verir. Bu o deməkdir ki, Türkiyə alyansın əvəzsiz üzvü və itirilməsi mümkün olmayan strateji regional gücdür. 

Son hadisələr göstərir ki, dünyamız artıq “soyuq müharibə” dövrünün institutları tərəfindən idarə oluna bilməz. BMT Təhlükəsizlik Şurası və NATO-nun özü yaranan regional münaqişələrdə “zəif sarğı, kosmetik müalicə” tədbirlərindən uzağa gedə bilmir. Uzağa getməyək, Azərbaycan, Bosniya, Fələstin, eləcə də dünyanın digər bölgələrində insanlar qırılarkən bu qurumlar vəziyyətə tələb olunan ölçüdə müdaxilə edə bilmədi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında dediyi kimi, “Dünya 5-dən böyükdür”. Şübhə yoxdur ki, bu söz yaxın gələcəyin ən mühüm şüarı olacaq. 

Reallıq ondan xəbər verir ki, ABŞ Türkiyənin Qərbdən qoparaq Avrasiyaya inteqrasiya edəcəyindən qorxduğu halda, Rusiya Qara dəniz, Şərqi Aralıq dənizi və Xəzər hövzəsi strategiyaları baxımından Türkiyəni yanında görmək istəyir. Qərb yeni “Şərq problemi” yaratmağa çalışsa da, əslində, Şərqdə yeni hərbi–siyasi və iqtisadi gücdən – Türkiyədən çəkinir.

“Böyük iyirmiliy”ə daxil olan Türkiyənin regional güc olaraq Türk–İslam coğrafiyasında böyük nüfuz sahibinə, eləcə də Türk Dövlətləri Təşkilatının (TDT) aparıcı dövlətinə çevrilməsi, xüsusilə TDT üzvlərinin milli təhlükəsizlik məsələlərində sıx əməkdaşlığa başlaması, tezliklə türk–NATO-sunun yaradıla biləcəyi qlobal aktorları ciddi narahat edir. Bu gün Türkiyə nəinki NATO daxilində, hətta üzvü olmadığı alyanslarda, beynəlxalq təşkilatlarda “böyük güclər”lə eyni masa arxasında otura bilən ölkə olaraq Balkanlarda, Qafqazda, Asiya və Afrikada vasitəçi rolunu da oynayır. Ukrayna–Rusiya müharibəsinin Üçüncü Dünya müharibəsinə çevrilməsinin qarşısını almaqdan ötrü Türkiyənin atdığı addımlara bütün bəşəriyyət şahidlik etdi. 

Türkiyəni NATO daxilində güclü edən üstün xüsusiyyətlərindən biri də xarici siyasətini regional problemlərin həlli və beynəlxalq səviyyədə sabitliyin qorunması səylərinə bölə bilməsidir. Rəsmi Ankara balanslı diplomatiyası sayəsində həm əməkdaşlıq etməyi, həm də münaqişə sahələrindən uzaqlaşmağı bacarır. 

İ.HƏSƏNQALA 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Fevral 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see338

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see281

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see248

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see202

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see201

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see198

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see190

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see190

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see189

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see188

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see187

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see186

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see186

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see183

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see183

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see182

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see181

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri