Icma.az
close
up
RU
“NATO və Avropa İttifaqı parçalanacaq” Doğu Perinçeklə MÜSAHİBƏ

“NATO və Avropa İttifaqı parçalanacaq” Doğu Perinçeklə MÜSAHİBƏ

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Cebheinfo.az”-ın “Türk Söhbəti” layihəsinin 27-ci  qonağı Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçekdir. 

Doğu Perinçek 1978-1980-cı illərdə Türkiyə Fəhlə və Kəndli Partiyasının (TİKP), 1991-1992-ci illərdə Sosialist Partiyanın (SP), 1992-2015-ci illərdə Fəhlə Partiyasının (İP) sədri olub. Siyasətçi 2015-ci ildən etibarən isə öz qurduğu Vətən Partiyasının sədridir.

Onunla Türkiyənin Avropa İttifaqına üzvlük prosesinin dondurulması, qardaş ölkənin NATO-dan çıxma ehtimalları və PKK-nın özünü buraxması qərarından sonra yaşana biləcəklər barədə danışdıq. Təcrübəli siyasətçi ilə NATO və Avropa İttifaqının dağılacağı iddiaları, habelə Türkiyə və İsrail arasındakı gərginlik mövzusunda da söhbət etdik:

- Doğu bəy, bir müddət əvvəl Türkiyənin Avropa İttifaqına üzvlük prosesi donduruldu. Avropa ölkələri bir tərəfdən rəsmi Ankara ilə normal münasibətlər qurmağa çalışır, digər tərəfdən isə Türkiyənin  İttifaqa üzvlüyünə əngəl olurlar. Nə üçün Türkiyəni Avropa İttifaqına qəbul etmirlər?

- Avropa İttifaqı “zənginlər klubu”dur. Yəni, inkişaf etmiş kapitalist və imperialist ölkələrin ittifaqıdır. Türkiyə isə həmin ölkələr kimi imperialist və kapitalist deyil. Həmçinin, biz inkişaf etmiş sənaye ölkəsi də sayılmırıq. 

Türkiyə dünyada inkişaf etməkdə olan ölkələr kateqoriyasındadır. Bu baxımdan, ölkəmiz Avropa İttifaqı dövlətlərinə bənzəmir. Onlarla eyni statusda və kateqoriyada deyil. Bundan başqa, həmin ölkələrlə eyni mənfəətlər içərisində olmadığımız da ortadadır. 

Ümumiyyətlə, Türkiyənin Avropa İttifaqına üzv olması xəyaldır və reallıqdan uzaqdır. Avropa İttifaqı həm də “xristian klubu”dur. Avropa İttifaqının bayrağındakı ulduzlar belə tamamilə xristianlıq əlamətləridir. Bayraqdakı ulduzlar Həzrəti İsanın 12 həvarisini təmsil edir. 

Türkiyə isə müsəlman ölkəsidir. Sözügedən ittifaqda tək bir müsəlman dövləti belə yoxdur. Axı xristian ittifaqına nə üçün Türkiyəni qəbul etsinlər ki? Türkiyə həm imperialist və kapitalist bir ölkə deyil, həm də milləti xristianlardan formalaşmır. Buna görə də Avropa İttifaqına üzv ola bilmərik.

- Sizcə, Türkiyə gələcəkdə də Avropa İttifaqına üzv ola bilməz? 

- Türkiyəni sadəcə Avropa İttifaqının qapısında gözlədirlər. Bizi Avropa İttifaqı üzvlüyünə namizəd edərək bu addımı atıblar. 

Üstəlik, Türkiyə bundan sonra Özbəkistan, Qazaxıstan və digər türk dövlətləri ilə eyni mövqeyə qayıda, Asiya ölkəsi ola bilməz. Lakin buna baxmayaraq, Türkiyənin Avropa İttifaqına üzv olması da mümkün deyil. Elə bir situasiya yaranıb ki, ölkəmiz nə Avropa İttifaqının qapısından kənarlaşa, nə də içəri daxil ola bilir. 

Vətən Partiyası isə bunu qəbul etmir. Biz düşünürük ki, Avropa İttifaqına üzv olmaq Türkiyədən vaz keçmək deməkdir. Çünki adıçəkilən ittifaqa üzv olan ölkələrin müstəqilliyi əldən gedir və Brüsseldən idarə olunmağa başlayırlar.

Ölkəmizin Avropa İttifaqına üzv olması türk millətinin müstəqilliyinə, azadlığına və zənginləşməsinə tamamilə əngəl olar. Ona görə də Vətən Partiyası olaraq bu təşkilata girməyi qəbul etmirik. 

- Sizin Türkiyənin NATO-dan çıxması ilə bağlı fikirləriniz hər zaman gündəm olur. Maraqlıdır, yenə də elə düşünürsünüz?

- Təbii ki, eyni fikirdəyəm, Türkiyə NATO-dan çıxmalıdır. Məsələn, NATO bir neçə gündür Yunanıstanın Aleksandrupolis şəhərində hərbi təlimlərə başlayıb. Həmin şəhərlə ölkəmiz arasındakı məsafə sadəcə 30 min kilometrdir. 

15 gün davam edəcək bu təlimdə Türkiyə yer almır. Çünki birbaşa ölkəmizi hədəf alırlar. Lakin biz Vətən Partiyası olaraq buna qarşı çıxaraq 24 mayda Ədirnədə böyük mitinq təşkil etdik və minlərlə insan topladıq. Orada bu təlimlərə etiraz etdik və meydan oxuduq

Ümumiyyətlə, NATO həmişə Türkiyəni düşmən kimi görür. Üstəlik, bu təşkilat və ABŞ PKK terror qruplaşmasını dəstəkləyir. Onlar, Kürdüstan dövləti yaratmağa çalışırlar. Amerika tərəfindən PKK-ya 120 min TIR dolusu silah-sursatın verilməsi də bununla bağlıdır. Alyansın ölkəmizin düşməni olduğunu etiraf etmək lazımdır. 

Xatırlayaq ki, NATO-nun əli ilə ölkəmizdə 12 mart 1971 və 12 sentyabr 1980-ci ildə hərbi çevriliş edilib. Həmçinin, 15 iyun 2016-cı ildəki çevrilişə cəhdin də arxasında onlar var idi. Dolayısı ilə NATO ölkəmizə qarşı düşmənçiliyini artıq dəfələrlə sübut edib. Bizim onunla ittifaqımız isə tamamilə sözdədir və kağız üzərindədir. 

- NATO və Avropa İttifaqının dağılma ehtimallarını necə dəyərləndirirsiniz?

- Həm NATO-nun, həm də Avropa İttifaqının artıq dağılma prosesi başlayıb. Fransa Prezidenti Emmanuel Makron da NATO-nun beyin ölümünün gerçəkləşdiyini söyləmişdi. 

Üstəlik, alyans daxilində qüvvətli parçalanmalar var. ABŞ ilə Avropa arasında iqtisadi və siyasi baxımdan mübarizə gedir. Hərbi baxımdan da bölünmələr yaşanır. NATO ilə bağlı reallıq bunlardan ibarətdir. 

İndi Avropada NATO-dakı ABŞ hegomoniyasına qarşı mübarizə başlayıb. Çünki alyans içərisindəki parçalanmalar məhz reallıqlara söykənir. Artıq NATO-nun bir gələcəyi yoxdur. Avropa İttifaqında da vəziyyət eynidir. Bu təşkilatın daxilindəki parçalanmalar da yavaş-yavaş üzə çıxmağa davam edir. 

- Son zamanlarda Türkiyə ilə İsrail arasında Suriyada ciddi gərginlik yaşanır. Çünki İsrail Suriyada güclü ordunun qurulmasını istəmir. Türkiyə isə Suriyanın güclənməsinə çalışır. Bu da tərəfləri qarşı-qarşıya gətirir. Necə düşünürsünüz, bu gərginlik fonunda Türkiyə ilə İsrail arasında Suriyada hərbi toqquşma yaşana bilər?

- İki ölkə arasındakı məsələnin mərkəzində İsrailin Kürdüstan layihəsi dayanır. İsraillilərin inancına görə, guya Allah tərəfindən onlara hansısa torpaqlar vəd olunub. Fərat çayına qədər olan torpaqların onlara vəd olunduğunu düşünürlər. 

Lakin İsrail özü həmin torpaqları əldə edə bilməyəcəyini anladığı üçün Kürdüstanı quraraq Fərat çayına qədər olan ərazilərdə nəzarəti ələ keçirməyi planlaşdırır. Bu, İsrailin strateji planıdır. Onlar Kürdüstan adı altında ikinci İsrail dövləti yaratmağı hədəfləyirlər. 

Türkiyə ilə İsrail arasında isə dostluq ola bilməz. Tərəflər arasında İsrailin Kürdüstan hədəfinə görə daim gərginliklər olur. Əsas səbəb bundan ibarətdir. İsrailin Türkiyə ilə qarşı-qarşıya olması taktiki deyil, tamamilə strateji xarakter daşıyır. Bunun hansısa formada dəyişəcəyini də zənn etmirəm. 

- Yəni, tərəflərin Suriyada toqquşa ehtimalı yoxdur?

- İsrailin Türkiyə ilə toqquşmaq kimi bir macəraya girməsi o qədər asan deyil. Nəzərə almaq lazımdır ki, Türkiyənin çox güclü ordusu var. İsrail isə bölgədə yalnız olan ölkədir. Belə bir vəziyyətdə Türkiyə ilə hesablaşmaya girmək İsrail üçün intihar olar. 

Bütün bunların fonunda Təl-Əvivin belə bir şeyə cəsarət etməsi asan deyil. Türkiyə ilə İsrail Suriyada proksi qüvvələr vasitəsilə bir-birlərinə qarşı mübarizə aparırlar. İsrail PKK-nın qolu olan PYD-ni Türkiyəyə qarşı istifadə etməyə çalışır. 

- Terror qruplaşması PKK-nın özünü ləğv edərək, tərksilah olmaq qərarını ona bağlı bəzi qruplara tanımaya bilər? Həqiqətən bəzi qruplaşmalar silahlı və ideoloji mübarizədən imtina edəcəklər? 

- Əslində, ABŞ və İsrail PKK-nın özünü buraxmasını və tərksilah olmasını istəmir. Hər iki ölkənin sözügedən terror qruplaşmasının daxilində təsir gücü var. PKK-ya bağlı bəzi qruplaşmalar da Abdullah Öcalanın çağırışını dinləmirlər. Hətta ona üsyan edən mövqe sərgiləyirlər.

PKK qurultayının qərarlarında və açıqlamalarında isə silah buraxmaqdan deyil, silahlı mübarizə üsulunu tərk etməkdən bəhs edilir. Yəni, silah buraxmaqdan söhbət getmir. Onlar bir növ silahlı mübarizəyə fasilə verirlər. Özlərini buraxmağı da qəbul etdilər, amma onu nə qədər icra edəcəkləri də sual altındadır. 

Çünki qruplaşmanın daha güclü olmasını istəyirlər. Öcalanın çağırışındakı kimi türk dövləti və milləti ilə bütünləşmə PKK qurultayı tərəfindən qəbul edilmədi. Əksinə, qruplaşmanın fəaliyyətini davam etdirərək, silahlarını yerə qoymaq istəmirlər. 

Bu müqavimət isə ABŞ və İsrail tərəfindən dəstəklənir. Onlar PKK-nın silah buraxmasına izn vermirlər. Yəni, bu məsələ Türkiyə ilə PKK deyil, Türkiyə ilə ABŞ və İsrail arasındadır. Bütün baş verən proseslər bunu göstərir.

- PKK-nın siyasi partiya quraraq fəaliyyətini  davam etdirəcəyi iddiaları da var. Bu iddialar haqqında nə düşünürsünüz?

- Onsuz da qurultay qərarında sadəcə PKK adı ilə qruplaşmağa son verdikləri vurğulanır. Yəni, başqa bir adla qruplaşa bilərlər. Bəlkə də bu, sadəcə ad dəyişdirməkdir. Çünki başqa adla mübarizəyə davam etmək istəyirlər. ABŞ və İsrailin də onlardan tələbi budur. 

Hazırda PKK daxilində parçalanma var. Öcalanın tərəfdarları ilə ABŞ-İsrail tərəfdarları arasında bir bölünmə olduğu da bəllidir. Türkiyə isə silah buraxmaq istəyənlərlə bərabərdir. Bu da öz növbəsində Ankaranı Vaşinqton və Təl-Əvivlə qarşı-qarşıya gətirir. PKK-nın bəzi qruplaşmaları isə ABŞ və İsrailin dəstəyi ilə fəaliyyətinə davam etmək istəyir. 

Lakin ayrı qruplaşma ayrılığa aparar, birlikdə qruplaşma isə birliyə səbəb olar. Türkiyə Cümhuriyyəti torpaqlarında yaşayan 86 milyon insan konstitusiyaya əsasən türkdür. Etnik, məzhəb, dini və irqi kökən fərq etməz. Türklərin imperatorluq ənənələrinə görə hər zaman bütün xalqları bir arada yaşayıb. 

Çünki biz hər zaman xalqlarımızı birləşdiririk. Türk və kürd də mehriban şəkildə birlikdə yaşamalıdır. Vətən Partiyası deyir ki, türk də bizik, kürd də bizik, hamınız türk millətiyik. Buna qarşı çıxanlar isə məğlubiyyətə məhkumdur. 

Elmir Mustafa
"Cebheinfo.az

Açar sözlər: Türk Söhbəti Doğu Perinçek Vatan Partisi Azerbaycan Türkiye Müsahibə Röportaj

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 May 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see247

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see200

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see168

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see157

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see153

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see149

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see149

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see146

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see140

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see137

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see133

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see133

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see128

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see128

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see127

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see125

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see123

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

25 Noyabr 2025 02:52see121

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri