Yatmaqla da arıqlamaq olurmuş
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
İnsanın yuxudaykən sərf etdiyi kalorinin miqdarı açıqlanıb.
Gununsesi.info xəbər verir ki, rusiyalı somnoloq İlya Smirnov bildirib ki, yuxu sağlamlıq və bədən çəkisinin normallaşmasında çox önəmlidir. Onun sözlərinə görə, səkkiz saatlıq yuxu zamanı insan təxminən 500 kilokalori sərf edir.
“Keyfiyyətli yuxu maddələr mübadiləsini normallaşdırır və iştahanı idarə etməyə kömək edir. Yuxu pozulduqda qrelin hormonu artır və gecələr yüksək kalorili qidalara meyl yaranır. Həmçinin yuxu stres hormonlarını azaldır, kortizol səviyyəsi düşəndə insan daha az şəkərli və yağlı qidalara üstünlük verir”, – həkim izah edib.
Smirnov əlavə edib ki, yuxu hormon balansını tənzimləyir, endokrin sistemin işləməsini stabilləşdirir. Yuxunun azlığı isə yorğunluq, əsəbilik, diqqət və yaddaş problemlərinə, hətta depressiya və narahatlıq hallarına səbəb ola bilər.
Həkim vurğulayıb ki, arıqlamaq istəyənlər üçün səkkiz saatlıq keyfiyyətli yuxu “əlavə işsiz kalori yandırmaq” imkanıdır. (milli.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 26 Noyabr 2025 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















