Icma.az
close
up
RU
NATO ya qarşı Şərq DİVARI: 32 ölkə 3 ölkənin hərbi gücünə QARŞI

NATO ya qarşı Şərq DİVARI: 32 ölkə 3 ölkənin hərbi gücünə QARŞI

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

 Rusiya, Çin və Şimali Koreyadan ibarət ittifaqın gücü NATO-nu sınağa çəkir. Sherg.az 32 ölkəyə qarşı 3 ölkənin hərbi güc müqayisəsini təqdim edir.

NATO, Rusiya və Çinə qarşı həyəcan siqnalı verib. Çin lideri Si Cinpinin “Üsyan Oxu” adlandırdığı strategiya, Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inı bir araya gətirərək Qərbə qarşı bir ittifaq yaradıb.

İngiltərə mediası - “Daily Mail”də dərc olunan təhlilə görə, üç ildən artıq davam edən Ukrayna müharibəsi, Putinin hərbi məqsədlərindən əl çəkmədiyini göstərib. Yay hücumları Şərqi Ukraynanın Donbas bölgəsində əhəmiyyətli ərazi qazancları gətirərkən, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın mülki əhaliyə hücumlarının sülh istəklərinin olmadığını açıq şəkildə nümayiş etdirdiyini vurğulayıb.


“3 milyon aktiv əsgər xidmətdədir”

Avropa ölkələri III Dünya müharibəsi ehtimalına qarşı tədbirlərini gücləndirir. NATO, təkbaşına Rusiya, Çin və ya Şimali Koreyaya üstünlük təmin etsə də, üçlüyün birləşmiş gücü Qərb üçün ciddi təhdid yaradır. NATO-nun 32 üzv ölkəsində 3 milyon aktiv əsgər, təxminən 3 milyon ehtiyat qüvvə və 180 milyon xidmətə yararlı insan mövcuddur. Bundan əlavə, 14 mindən çox tank, 3 mindən artıq döyüş təyyarəsi və təxminən 1500 hücum helikopteri inventarda yer alır. ABŞ, Böyük Britaniya və Fransanın nüvə arsenalı ilə birlikdə NATO-nun ümumi nüvə gücü 4200 başlığa çatır.


NATO-dan daha çox tank və donanma

Bunun əksinə olaraq, Çin, Rusiya və Şimali Koreyanın birləşmiş gücü təxminən 5 milyon aktiv əsgərə, 700 milyondan çox xidmətə yararlı insana və NATO-dan daha çox tank və dəniz gücünə sahibdir. Onların nüvə potensialı isə 6 min başlığı aşaraq NATO-nun 4200 başlığını geridə qoyur. Çin 600, Şimali Koreya 50, Rusiya isə 5459 nüvə başlığına sahibdir və bu birləşmə Qərb üçün ciddi risk hesab olunur.


“5 il içində hücum edə bilərlər”

Latviya kəşfiyyatına görə, Rusiya təhlükəsizlik orqanları Avropada diversiya hazırlıqları görür və uzunmüddətli perspektivdə NATO ilə qarşıdurmaya hazırlaşır. Ekspertlər bildirir ki, əgər Ukraynadakı münaqişə indiki xətlərlə “dondurularsa”, Moskva növbəti beş il ərzində NATO-nun şimal-şərq cinahında, o cümlədən Baltik ölkələrində hərbi varlığını artıra bilər.


Avropa həyəcan siqnalında

Avropa ölkələri mümkün müharibə ssenarisinə qarşı ciddi tədbirlər görür. Baltik ölkələri, Polşa və digər müttəfiqlər sərhəd təhlükəsizliyini gücləndirərkən, Litva 48 km-lik müdafiə xətti qurur. Almaniya 2041-ci ilə qədər 350 milyard avronu aşan müdafiə sərmayəsi planlayır. Fransa isə 2026-cı ilin martına qədər “böyük bir münaqişə”yə hazırlaşır.


Nüvə fəlakəti təsiri yarada bilər

Rusiya Belarusda “Zapad 2025” təlimləri ilə hərbi hazırlığını davam etdirir. Putinin “Oreşnik” orta mənzilli raketləri bütün Avropanı hədəf ala biləcək imkanlara sahibdir və saatda Mach 10 sürəti ilə demək olar ki, qarşısıalınmazdır. Putin bu raketlərin bir neçəsinin istifadəsi ilə ənənəvi hücumun belə nüvə fəlakəti effekti yarada biləcəyini qeyd edir.


“ABŞ dəstəyi olmadan mümkün deyil”

Ekspertlər Avropanın ABŞ dəstəyi olmadan nüvə ehtiyatını artırmalı olduğunu bildirir. Şimali Koreyanın Rusiyanın yardımı ilə önümüzdəki on ildə nüvə başlıqlarını 50-dən 300-ə çatdıracağı, Rusiyanın və Çinin potensialı ilə birləşdikdə isə Qərb üçün ciddi təhdid yaradacağı vurğulanır.


Tarixi bir sınaq

“Daily Mail”in məlumatına görə, NATO Baş katibi Mark Rutte, Si və Putinin eyni vaxtda hücumunun dünyanı Armageddona sürükləyə biləcəyini bildirib. Çin Tayvanı hədəf alarkən, Kremlin eyni anda NATO torpaqlarına hücum edə biləcəyi qeyd olunur. Ekspertlər Avropa, NATO və Qərb liderlərinin artan təhdidlər və Şinin “Üsyan Oxu”nun birləşmiş gücü qarşısında tarixi bir sınaqdan keçməyə hazırlaşdıqlarını deyirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri