Naxçıvan Ali Məclisin komissiya sədrlərinin adları məlum oldu FOTOLAR
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisin komissiya sədrlərinin adları məlum olub.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu gün Ali Məclisin 2026-cı il yaz sessiyasının ilk plenar iclası keçirilib.
Qeyd edilib ki, Daxili Nizamnaməyə əsasən Ali Məclisin yaz sessiyasının birinci iclasında Hesablayıcı və İntizam komissiyaları yaradılır. Həmin komissiyalar Ali Məclisin deputatları sırasından 1 il müddətinə 5 üzvdən ibarət tərkibdə seçilir.
Müzakirə olunan məsələlərlə bağlı hazırlanmış “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hesablayıcı komissiyasının yaradılması haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarları oxunduqdan sonra ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib. Həmçinin komissiyalara yeni sədrlər seçilib.
Belə ki, Məmmədov Bəhruz Qibləli oğlu Ali Məclisinin Hesablayıcı Komissiyasına, Əliyev Əjdər Zahid oğlu isə İntizam Komissiyasına sədr seçiliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 02 Fevral 2026 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















