Naxçıvan Ali Məclisinin rəhbəri 94 hüquqi aktı ləğv edib
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin rəhbəri tərəfindən qəbul edilmiş 94 hüquqi akt ləğv edilib.
"Report"un yerli bürosunun məlumatına görə, bunu Naxçıvanda keçirilən “Azərbaycanın dövlət və hüquq tarixində Naxçıvan” mövzusunda elmi-praktik konfransdakı çıxışında muxtar respublikada Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
Onun sözlərinə görə, Prezidentin tapşırıqlarına uyğun olaraq, 2023-cü ilin yanvar ayından etibarən Naxçıvan MR-da məhkəmələrin fəaliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, Ali Məhkəmədə kadr islahatları aparılıb.
Qeyd olunub ki, 2023-cü ildə və 2024-cü ilin 11 ayında vaxtilə hüquqları pozulmuş sakinlər tərəfindən kompensasiya tələbi ilə Naxçıvan MR İnzibati Məhkəməsinin icraatına 1308 iş daxil olub. Onlardan 683 iş üzrə iddia tələbi cavabdeh orqanlar tərəfindən təmin edildiyindən, 258 iş iddiaçılar tərəfindən iddia ərizələri geri götürüldüyündən icraatına xitam verilib, 66 iş mülkiyyət sənədləri olmadığından mümkün sayılmayıb, 301 iş isə hazırda icraatdadır.
F.Nəcəfli bildirib ki, son iki ildə Naxçıvan MR Ali Məclisi rəhbəri tərəfindən qəbul edilmiş 106 hüquqi akta əsasən, vaxtilə qanunvericilik normalarına zidd olaraq təsdiq edilmiş 94 hüquqi akt ləğv edilib, 135 hüquqi aktda isə dəyişikliklər aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 20 Dekabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















