Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: ETİBARLI İNKİŞAF MÜHİTİNİN ƏSASLARI

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: ETİBARLI İNKİŞAF MÜHİTİNİN ƏSASLARI

Icma.az, Mia.az saytına istinadən bildirir.

Cavadxan Qasımov

Naxçıvan Dövlət Universitetinin dosenti,

İqtisad üzrə fəlsəfə doktoru

***

Azərbaycan Respublikasının uzunmüddətli elm və tədris mexanizmlərinin məqsədyönlülüklə həyata keçirilmiş olması, müəyyən olunan hədəflərin daha da əlçatan olmasına təminat yaratmış, bu sahədə, əlverişli tədqiqat mühitinin əsaslarını yarada bilmiş və daha çox isə, yeni persektivlərin qərarlaşmış olmasına zəmin olmuşdur. Təbii olaraq, bu sferada, ali məktəblərin rolu, yeni-yeni perspektivləri və modern layihələrin icra olunması sahəsindəki mövqeləri daha çox diqqəti çəkməkdədir ki, burada da, Naxçıvan Dövlət Universitetinin özünəməxsus yerini görmək olar.

Xüsusilə də, son beş ildə, davamlı islahatları ilə diqqəti çəkən Naxçıvan Dövlət Universitetinin istər, elm, istərsə də, strukturlaşma sahəsindəki stünlükləri effektiv islahatlar müstəvisində olduqca faydalı görünməkdədir. Qeyd etmək olar ki, universitet hazırda malik olduğu idarəetmə, elmi araşdırmaların aparılması və dayanıqlı tədris proseslərinin tənzimlənməsi sahəsində faydalı nəticələr əldə etməkdədir. Hər şeydən əvvəl, bildirmək olar ki, ali məktəbin istər milli zəmində, istərsə də, beynəlxalq əməkdaşlıqlar sahəsində müəyyən etmiş olduğu xətt, ölkənin bu sahə üzrə hədəflərinə birbaşa olaraq xidmət edir və uğurlu nəticələrlə müşayiət olunur.

Naxçıvan Dövlət Universitetinin elmi tədqiqatlar sahəsində müəyyən etdiyi strateji xətt hazırda daha təkmil və mütərəqqi mərhələyə qədəm qoymuşdur. Burada, son beş il ərzində uğurla həyata keçirmiş olan islahatlar, yeni strukturlaşma, daha yenilikçi yanaşmalar, beynəlxalq təhsil və ixtisaslaşma proseslərinə inteqrasiya olunma və bu müstəvidə elm və tədris proseslərinin paralel olaraq davam etdirilməsi universitetin uğur, hədəf və ixtisaslaşma sahəsindəki göstəricilərinə dinamiklik gətirmişdir. Son beş il ərzində universitetimizdə bu sahədə həyata keçirilən işlər, bütün fakültələrin və kafedraların olduqca aktual vəzifəsinə çevrilmişdir. Tələbəyönümlü tədris proseslərinin uğurla həyata keçirilməsi, onların elmi araşdırma sahəsindəki vərdişlərinin daha səmərəli olmasına zəmin yaratmış və elmi dövriyyə üçün son dərəcə zəruri olan mövzuların diqqətdə saxlanılmasına təminat vermişdir. Qeyd etmək olar ki, tələbələrlə həyata keçirilən tədbirlər universitetin tələbə təşkilatları tərəfindən diqqətlə izlənilir və məsuliyyətlə yerinə yetirilir. Bu sahədə, Tələbə Elmi Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirmək lazımdır. Bildirmək olar ki, hazırkı elmi araşdırma mərhələsində 1745 tələbə tərəfindən 1663 elmi tədqiqat işi həyata keçirilmişdir ki, bu da ali məktəbimiz üzrə bütün tələbə heyətinin 30 faizə qədərini təşkil etməkdədir. Artıq tələbələrimiz əmin olur ki, onların ideyalarının, təşəbbüslərinin dəstəkçisi olan Rektor var və hər zaman onların yanındadır. Xüsusilə də, son beş il ərzində elmi fəaliyyətlə məşğul olan tələbələrin sayının 3 dəfəyə qədər artdığını görməkdəyik.

Dövlətimizin hərtərəfli qayğı və diqqətini yaxındanhiss edən universitetimizin beynəlxalq əməkdaşlıqlarının inkişafı sahəsində həyata keçirilən yenilikçi tədbirlər nəticəsində, elmi araşdırmalar sahəsində əcnəbi tələbələrin də sayında müşahidə olunan artım özünü göstərmiş və bu, 10% olaraq təşəkkül tapmışdır. Beləliklə, Naxçıvan Dövlət Universitetinin müəllifi olduğu layihələr hər bir tələbənin məqsədlərini ifadə edir, hədəflərinə əlçatanlıq gətirir və daha perspektivli nəticələr üçün yol açmış olur. Naxçıvan Dövlət Universitetinin beynəlxalq əməkdaşlıqları çərçivəsində həyata keçirmiş olduğu tədbirlər məqsədyönlüyüyü və dinamikliyinə görə daha da aktual olmaqdadır. 2021- ci ildə güclü təməllər üzərində əsasları qoyulan bu proseslər, inkişafın indiki mərhələsində öz nəticələrini verməkdədir. Xüsusilə, bəhs olunan ildən etibarən qardaş Türkiyə Cümhuriyyətinin nüfuzlu ali məktəblərinə olunan səfərlər, həmçinin universitetimizin qonağı olan rektorlar qarşılıqlı əməkdaşlıqların daha üst səviyyədə perspektivliliyinə təminat yaratmışlar.

Əldə olunan səmərəli əməkdaşlıq mühitinin bariz nəticəsi olaraq, universitetimizin tibb fakültəsinin tələbələrinin Ankara universitetində staj keçmələrinə şərait yaradılmış və bu, ortaq mütəxəssis və peşəkar kadr hazırlığının olduqca zəruri ifadə forması olmuşdur. İkitərəfli əməkdaşlıqlar, hörmətli rektor Elbrus İsayevin Naxçıvan Dövlət Universitetinin uzunmüddətli perspektivlərinin daha da əlçatan olması sahəsindəki tədbirlərinin olduqca dürüst, düşünülmüş və tələbəyönümlü olduğunu bir daha ortaya qoydu.

Ankara Universiteti ilə yanaşı, Hacettepe Universitetinin də bu sahədəki təcrübəsi və işbirliyi universitetlərarası əməkdaşların çox müxtəlif formalarını özündə ifadə etməkdədir. Diqqət etdikdə aydın olur ki, xüsusilə, Hacettepe Universitetinin “Həmşirəlik” fakültəsinin akademik heyətinin, tələbələrinin qarşılıqlı təcrübə və mübadilə layihələrində təmsil olunması, Naxçıvan Dövlət Universitetinin tədris proseslərində həmin fakültənin müəllimlərinin dəvət olunması, ümumiyyətlə, Naxçıvan Muxtar Respublikası xəstəxanalarında əməkdaşlıqları daha da inkişaf etdirilməsi qarşıdakı illər ərzində olduqca mühüm nəticələr verəcək. Qazi Universitetinin bu sahədəki ikitərəfli perspektivləri də olduqca əhəmiyyətlidir. Burda da, universitetlərarası təcrübə proqramlarının diqqətdə saxlanılması, tələbələrin bu proqramlarda fəal iştirakı və təcrübə mübadiləsinin təsiri böyük olacaq. Yaxın dövrlər ərzində daha mütərəqqi layihələr üçün başlanğıc olacaq. Eyni zamanda, bildirmək olar ki, Naxçıvan Dövlət Universitetinin bu əməkdaşlıqlar üçün daha üstün potensiala malik olması bizim üçün çox böyük qürurvericidir. Naxçıvan Dövlət Universiteti çoxistiqamətli və sahəprofilli elmi fəaliyyətin təşkil olunması, etibarlı tədris proseslərinin idarə olunması, beynəlxalq əməkdaşlıqların diqqətdə saxlanılması, yaradıcılıq keyfiyyətlərinin inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərimizə sahib çıxılması və yaşadılması kimi aktual məsələlərin ardıcıllığını və sistemliliyini təmin etməkdədir. Geridə qalan son beş il ərzində xüsusilə bu sferalarda olduqca ciddi bir yol qət etmişdir. Artıq universitetimizin nəzdində, teatr studiyalarının, sinfonik orkestrin, texnologiya və inkluziv mərkəzlərin, dayanıqlı inkişaf mərkəzinin, Texnologiyalar Parkının, İmtahan mərkəzinin, STEAM və İELTS mərkəzlərinin, o cümlədən, nəzəriyyə və təcrübə məqsədli laboratoriyaların və digər təsisatların yaradılması, təkcə, universitetimiz daxilində deyil, həm də, daha geniş arenada, dünya miqyasında mütərəqqi təqdimatını göstərməkdədir. Xüsusilə də, son bir həftə ərzində “Yaşam üçün nəfəs” əsərinin müəllifi, görkəmli yazıçı Şandor Lejakın, Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Tormanın, Con fon Neyman Universitetinin rəhbərliyinin və kollektivinin, filologiya üzrə elmlər doktoru, professor Mahirə Nağıqızının, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rafiq Əliyevin universitetimizdə olması, burada yaradılan əlverişli və perspektivli elm və tədris mühitinin səmərəli nəticələrini bildirmələri bu sahədə daha mütərəqqi nəticələri və məhz dünyaya da bu dəyərlərlə çıxış etdiyini göstərməkdədir.

Naxçıvan Dövlət Universiteti, həm də, ölkəmizin milli iqtisadi hədəflərinin və prioritetlərinin daha mütərəqqi əsaslarla möhkəmlənməsinə də dəstək olmaqdadır. Məlum olduğu kimi, Macarıstan hər zaman ölkəmizin yanında olmuş, bizim onlara olan dəstəyimizi yüksək qiymətləndirmiş və xüsusilə də, ölkəmizin perspektivli enerji layihələrinin dəstəklənməsində öncül olmuşdur. Xüsusilə də, TANAP və TAP layihələrinin reallaşmasında ölkəmizin yanında olmuş və interkonnektorlar vasitəsilə bu layihəyə qoşulmaq istəyini ortaya qoymuşdur. Məhz Macarıstan Ali Məktəblərinin ölkəmizə, o cümlədən, Naxçıvan Dövlət Universitetinin elm və tədris proseslərinin inkişafında maraqlı olması, əməkdaşlıq münasibətlərinin inkişafı üçün işbirliyində olması, məhz bu sahədə, daha mütərəqqi nəticələrin ifadəsi olmaqdadır. Təbii olaraq, bu həm də, universitetin beynəlxalq əməkdaşlıqlar sahəsindəki işlərinin də düzgün qurulduğunu bir daha göstərməkdədir.

Təbii olaraq, bu uğurlar özü ilə daha mühüm nəticələr gətirməkdədir. Belə ki, rektorumuzun Səmərqənd Dövlət Tibb Universitetinin Fəxri professoru” diplomuna layiq görülməsi görülən işə, müəyyən olunan perspektivlərə və keçilən yola verilən doğma qiymətdir. Naxçıvan Dövlət Universitetinin rektoru olaraq, son beş ildə də, yenilikçi, innovativ, kreativ düşüncə tərzinin tərəfdarı olaraq bir universitet modelini ortaya qoydu.

Ali məktəbimizdə davamlı islahatlar müstəvisində:

* yeni fakültələrin yaradılması ilə, təkmil strukturlaşmanı;

* kəsintisiz və alternativ tədris imkanlarını;

* nəzəri və təcrübi ixtisaslaşma üçün Texnopark quruculuğunu;

* səmərəli və stimullaşdırıcı elmi araşdırma mühitini;

* müəllim və tələbə mobilliyini;

* İkili diplom layihələrini;

* yeni və dünya təhsilinə inteqrasiya olunmanı sürətləndirən ixtisasları;

* beynəlxalq əməkdaşlıqları;

* xarici dillər üzrə nüfuz sahibi olmanı və bu məqsədlə imtahan mərkəzlərini;

* faydalı və məhsuldar layihələri;

* elmə və tədrisə xidmət edən yeni infrastruktur təsisatlarını;

* universitetin kampusunun, əhatəsinin genişlənməsini, eyni zamanda, böyüməsini və bu kimi nə qədər böyük uğurları məhz Elbrus müəllimin universitetimizin rəhbərliyi illərində gördük.

Məhz bu nailiyyətlərin “Zər qədrini zərgər bilər” atalar misalına uyğun olaraq qiymətləndirilməsini görəndə könlümüz açılır, fərəhlənirik. Belə ki, rektorumuz Elbrus müəllim bu gün Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən, dünyanın müxtəlif ölkələrindən 35 universitetin təmsil olunduğu “Tələbələrin və gənc tədqiqatçıların 79-cu elmi-praktik konfransı”nda iştirak etməkdədir.

Konfransda rektor Səmərqənd Dövlət Tibb Universitetinin Elmi şurasının qərarı ilə tibb sahəsində beynəlxalq əməkdaşlıqların qurulmasında, Beynəlxalq Tibbi forumun, Türk Dövlətlərinin Tibbi Konqresini təsis etdiyinə və uğurla rəhbərlik etdiyinə görə “Səmərqənd Dövlət Tibb Universitetinin Fəxri professoru” diplomuna layiq görülüb.

Naxçıvan Dövlət Universitetinin cari tədris ilində də yeni uğurlarını müşayiət etmək, növbəti mərhələlər üçün daha perspektivli mərhələlərin başlanmasına təminat yaradacaqdır. Belə ki, 26-27 may 2025-ci il tarixlərində ali məktəbimizdə uğurla reallaşmış olan “Süni intellekt: nəzəriyyədən praktikaya” mövzusunda II Beynəlxalq Elmi konfransın keçirilməsi artıq müvafiq sahə üzrə olduqca uğurlu nəticələr vəd etməkdədir. Konfransın gedişində yenilik olaraq, süni intellektli qadının səhnədə olması, plenar iclasın aparıcılığını etməsi, artıq universitetin süni intellektə keçid mərhələsini də uğurla reallaşdırmış olduğunu göstərdi.

Qeyd etmək olar ki, Beynəlxalq Konfransda, Naxçıvan Dövlət Universiteti, Türkiyənin İstanbul Universiteti-Cərrahpaşa, Düzce Universiteti, Gümüşhane Universiteti, Rusiyanın “Cənub” Universitetinin birgə təşkilatçılığı, Azərbaycanın və dünyanın müxtəlif ölkələrinin 60 –a qədər elm-təhsil müəssisəsinin tədqiqatçılarının üz-üzə və onlayn iştirakı təmin olunmaqdadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://mia.az
archiveBu xəbər 26 May 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri