Naxçıvan Dövlət Universiteti ilə Milli Süni İntellekt Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Naxçıvan Dövlət Universitetində Milli Süni İntellekt Mərkəzinin rəhbər heyəti ilə görüş keçirilib. Görüşdə süni intellekt sahəsində təhsil, tədqiqat və innovasiya istiqamətləri üzrə qarşılıqlı əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bu haqda “Xalq” qəzetinə universitetin mətbuat və ictimaiyyələtlə əlaqələr şöbəsindən məlumat verilib.
Naxçıvan Dövlət Universitetunin rektoru Elbrus İsayev bu cür görüşlərin əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, gələcəkdə bu ali təhsil ocağında kibertəhlükəsizlik və süni intellekt mərkəzlərinin yaradılması, habelə rəqəmsallaşmanın genişləndirilməsi əsas prioritetlərdəndir.
Görüşdə süni intellektlə bağlı seçmə fənlərin tədrisinə marağın böyük olduğu və ilkin mərhələdə bu istiqamətdə həm bakalavr, həm də magistratura üzrə tədris proqramları və sillabusların hazırlandığı və tətbiqinin nəzərdə tutulduğu açıqlanıb.
Nəzərə çatdırılıb ki, bu ali təhsil müəssisəsində tibb sahəsində süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı işlərin aparılması gözlənilir.
Elbrus İsayev çıxıında tələbələrin süni intellekt sahəsinə daha sürətli adaptasiya olunduğunu qeyd edərək bu sahə üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinin vacibliyini önə çəkib. Həmçinin bildirib ki, hazırda universitetdə dünyanın 22 ölkəsindən xarici tələbələr təhsil alır. Bu səbəbdən də gələcəkdə beynəlxalq standartlara uyğun, sistemli proqramların qurulması əsas məqsəd kimi müəyyən edilib.
Milli Süni İntellekt Mərkəzinin direktoru Tuncay Bağırov mərkəzin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, mərkəz dörd əsas istiqamət üzrə fəaliyyət göstərir və Naxçıvan Dövlət Universiteti ilə Milli Süni İntellekt Mərkəzi arasında körpü rolunu oynamaqda maraqlıdır. O, infrastrukturun gücləndirilməsi, mütəxəssislərin hazırlanması, birgə tədqiqatların aparılması və əlaqələrin genişləndirilməsinin vacibliyini önə çəkib.
Tuncay Bağırov “Smart Office” modelinin üstünlüklərindən danışaraq süni intellekt sahəsində mütəxəssislərin cəlb ediləcəyini, proqram və layihələrə dəstək göstəriləcəyini bildirib, tələbələrin Milli Süni İntellekt Mərkəzinin bazasına qoşulacağı, fərqlənən və uğurlu tələbələrə tam dəstək veriləcəyini vurğulayıb. Xüsusilə, tibb sahəsində süni intellekt tətbiqlərinin perspektivli olduğu, universitetin innovasiya mərkəzinə çevrilməsi üçün kifayət qədər potensiala malik olduğu qeyd edilib və bu istiqamətdə tam dəstəyə hazır olduqlarını qeyd edib.
Tədbirdə həmçinin universitetdə mövcud ikili diplom proqramları, IELTS və SAT mərkəzləri, eləcə də beynəlxalq kitab bazası kimi imkanların muxtar respublikanın sosial-iqtisadi inkişafına töhfə verdiyi vurğulanıb.
Sonda Naxçıvan Dövlət Universiteti ilə Milli Süni İntellekt Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Qonaqlar Naxçıvan Dövlət Universitetində İnnovasiya Mərkəzi və burada həyata keçirilən işlərlə tanış olub, mövcud avadanlıqlara baxış keçiriblər.
Səbuhi HƏSƏNOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 22 Dekabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















