Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

Naxçıvan Dövlət Universitetində 2024 2025 ci tədris ilinə aid təcrübələrin yekun konfransı keçirilib

Naxçıvan Dövlət Universitetində 2024 2025 ci tədris ilinə aid təcrübələrin yekun konfransı keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Naxçıvan, 10 iyul, AZƏRTAC

İyulun 10-da Naxçıvan Dövlət Universitetində 2024-2025-ci tədris ilinə aid təcrübələrin yekun konfransı keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə pedoqoji təcrübədə olan tələbələrin sınaq dərsləri zamanı istifadə etdikləri əyani vəsaitlər və şagirdlərlə birgə qrup işlərində hazırladıqları təqdimatlardan ibarət sərgiyə baxış olub.

Konfrans 2024-2025-ci tədris ilinə aid təcrübələrdən hazırlanan videoçarxın nümayişi ilə başlayıb. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev konfransın sadəcə təcrübələrin yekunu deyil, eyni zamanda, məzunların buraxılış tədbiri kimi də əhəmiyyətli olduğunu vurğulayıb. Rektor pedaqoji və istehsalat təcrübələrini universitet həyatında iki mühüm hadisə adlandırıb, ixtisaslı kadrların hazırlanmasının nəzəri və praktik aspektlərindən bəhs edib.

Elbrus İsayev qeyd edib ki, universitetdə məzunların əmək bazarında bilik və bacarıqlarına uyğun layiqli yer tutmaları hər zaman diqqətdədir və bu istiqamətdə bu il olduğu kimi, gələcəkdə də universitet-hökümət-sənaye işbirliyi əməkdaşlığının genişləndirilməsi planlaşdırılır.

“Ali təhsil ocağı olaraq əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasında faydalı əməkdaşlıqda maraqlıyıq və bu il təşkil olunan II Karyera sərgisi məzunların ixtisasına uyğun işlə təminatını asanlaşdırmaq baxımından əhəmiyyətli platforma oldu. Zəngin kadr potensialımız var. Hətta bu il elə ixtisaslarımız var ki, məzunların 50-60 faizi magistratura pilləsinə qəbul olub, bu, keyfiyyətli təhsilə əsaslanan önəmli göstəricidir”, – deyə o qeyd edib.

Elbrus İsayev tədris və təcrübə prosesində Universitetin Strateji inkişaf və Keyfiyyət təminatı şöbəsi tərəfindən davamlı monitorinqlər aparıldığını, bütün bunların keyfiyyəti daha da artırmaq məqsədli olduğunu qeyd edib.

Naxçıvan Dövlət Universitetinin Karyera, təcrübə və məzunlarla iş sektorunun müdiri Aynurə Seyidova 2024-2025-ci tədris ilinə aid təcrübələrin yekun hesabatı barədə məlumat verib. Vurğulanıb ki, bu tədris ilinin ikinci yarısında universitet üzrə təcrübədə 1544 tələbənin iştirakı qeydə alınıb. Onlardan 443 tələbə pedoqoji, 1101 tələbə isə istehsalat təcrübələrində olub. 1284 tələbə əyani, 191 tələbə qiyabi, 69 tələbə isə əlavə və alt qrup olmaqla təcrübələrdə iştirak edib. Tələbələrin istehsalat təcrübəsi 44 müəssisə və təşkilatda təşkil olunub. On fakültədən 54 fərqli ixtisaslar üzrə 1101 nəfər tələbə təcrübələrdə iştirak edib. Təcrübələrin müddəti müxtəlif ixtisaslarda 4, 5, 14 və 20 həftəlik olub. Eyni zamanda tələbələrə Naxçıvandan kənarda da təcrübə imkanı yaradılıb.

Bildirilb ki, 2024-2025-ci tədris ilinin birinci yarısında “Baytarlıq təbabəti” ixtisası üzrə 3 tələbə Türkiyə Respublikasının Qars Qafqaz Universitetində təcrübədə olub. Həmin tədris ilinin ikinci yarısında isə 3 fakültə üzrə 20 tələbə Türkiyə Respublikasının Qaradəniz Texnik Universitetində, Qars Qafqaz Universitetində, Azərbaycanda Torpaqşünaslıq və Aqrokimya İnstitutunda, Gömrük Komitəsində, Heydər Əliyev Mərkəzində, İnsan Hüquqları üzrə Müvəkkillikdə, Şəms Tərcümə Mərkəzində təcrübə keçiblər. Yekunda universitet üzrə təcrübələrdən keçməyən tələbələrin sayı 16 nəfər olub.

Aynurə Seyidova ali təhsil ocağında təcrübə dövründə olan yenilikləri də diqqətə çatdırıb.

Sonra 2024-2025-ci tədris ilinə aid təcrübələrə dair fakültə dekanlarının hesabatları dinlənilib.

Sonda təcrübə dövründə fərqlənən tələbələr mükafatlandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see235

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see228

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see190

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see188

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see148

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see148

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see142

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see142

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see132

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see128

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri