AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
AMEA Naxçıvan Bölməsi mətbuat xidmətindən XQ-ə verilən məlumata görə, AMEA Naxçıvan Bölməsi tərəfindən “Elmi əsərlər” jurnalının 2026-cı il üçün 2-ci nömrəsi işıq üzü görüb. Bölmənin “Tusi” nəşriyyatında “İctimai və humanitar elmlər” seriyası üzrə 100 nüsxə tirajla nəşr olunan jurnalın baş redaktoru AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir.
Yeni nəşrdə “Tarix”, “Arxeologiya və etnoqrafiya”, “Azərbaycan dili”, “Ədəbiyyat və folklor”, “İncəsənət” sahələrini əhatə edən 36 tədqiqatçının müxtəlif aktual mövzularda elmi məqalələri yer alıb. Bunların içərisində “Ermənilərin Naxçıvan diyarına yiyələnmək cəhdləri (XIX-XX əsrlər)”, “XX əsrin sonlarında Naxçıvanın sosial-iqtisadi inkişaf modelinin formalaşmasında Heydər Əliyev amili”, “Naxçıvanın erkən Eneolit dövrü abidələri”, “Azərbaycan mədəniyyəti – 2040” konsepsiyasında dil və milli kimlik problemi”, “Dil siyasəti və rəqəmsal texnologiyalar kontekstində Azərbaycan dilinin qorunması”, “Bir xatirənin izi ilə”, “Musiqi mədəniyyətimizin Məmməd Məmmədov mərhələsi” və digər məqalələr dərc olunub.
Qeyd edək ki, 2005-ci ildə təsis edilən “Elmi əsərlər” jurnalı ölkəmizin ən nüfuzlu elmi nəşrlərindən biri sayılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 21 Sentyabr 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















