Icma.az
close
up
RU
“Naxçıvan etnoqrafiyası” ikicildliyi ictimaiyyətə təqdim olunub AZƏRTAC

“Naxçıvan etnoqrafiyası” ikicildliyi ictimaiyyətə təqdim olunub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 9 dekabr, AZƏRTAC

AMEA Naxçıvan Bölməsində “Naxçıvan etnoqrafiyası” ikicildliyi ictimaiyyətə təqdim edilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, təqdimat mərasimində çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev ikicildliyin müvafiq olaraq 2023 və 2024-cü illərdə nəşr olunduğunu deyib. Akademik diqqətə çatdırıb ki, monoqrafiyanın ikinci cildi Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində nəşr olunan əsərlər sırasındadır.

İsmayıl Hacıyev qeyd edib ki, “Naxçıvan etnoqrafiyası”nın hazırlanmasında bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun bir qrup əməkdaşının, xüsusilə uzun müddət Etnoqrafiya şöbəsinə rəhbərlik etmiş dosent Asəf Orucovun xüsusi əməyi var. Əsərin hər cildi ayrı-ayrılıqda 9 fəsildən və yarımfəsillərdən ibarətdir. “Naxçıvan etnoqrafiyası” bu diyarın milli-mənəvi dəyərlərinin araşdırıldığı çoxmüəllifli tədqiqat əsəridir. Əsərdə Naxçıvanın maddi və mənəvi mədəniyyət məsələləri etnoqrafik baxımdan tədqiq edilib.

Daha sonra AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini dosent Elxan Məmmədov, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya elmləri doktoru Zeynəb Quliyeva ikicildlik haqqında fikirlərini bildiriblər.

Çıxışlarda bu kitablar Naxçıvan etnoqrafiyasının spesifikliyinin, rəngarəngliyinin, məhəlli fərqliliklərinin aydın əksini tapdığı dəyərli tədqiqat əsəri kimi səciyyələndirilib.

Sonda müəlliflər adından çıxış edən dosent Asəf Orucov bildirib ki, əsər yazılarkən çoxsaylı ədəbiyyatlarla yanaşı, 300-dən artıq məlumat toplanıb. Əsərdə ənənəvi və müasir etnoqrafik məsələlər kompleks tədqiq olunub.

İkicildliyin elmi redaktoru akademik İsmayıl Hacıyev, redaksiya heyətinin üzvləri isə AMEA-nın müxbir üzvləri Hacıfəxrəddin Səfərli, professor Vəli Baxşəliyev, mərhum etnoqraf alim Hacı Qadir Qədirzadə, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova və Səbuhi Həsənovdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see134

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see134

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see123

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see119

Son xəbərdarlıq: ABŞ Rusiyanın yanında, Avropaya qarşı

06 Dekabr 2025 21:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri