Icma.az
close
up
RU
Naxçıvan Hərbi Kollecində muxtar respublikanın 100 illik yubileyi...

Naxçıvan Hərbi Kollecində muxtar respublikanın 100 illik yubileyi...

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində muxtar respublikanın 100 illik yubileyi ilə bağlı "100 illik şərəfli tarixi yol" adlı tədbir keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə kollecin kitabxanasında yubileyə həsr edilmiş "Naxçıvan – 100" adlı 100 nüsxə kitab sərgisi ilə tanış olublar.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov çıxış edərək bildirib ki, Prezident İlham Əliyev muxtar respublikanın 100 illik yubileyinin geniş qeyd olunması ilə bağlı 2023-cü il dekabrın 30-da Sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar ötən dövrdə Naxçıvanda silsilə tədbirlər həyata keçirilib, muxtariyyət tarixinin araşdırılması istiqamətində kitablar, elmi nəşrlər, jurnallar çap edilib. Naxçıvan Hərbi Kollecində keçirilən "100 illik şərəfli tarixi yol" tədbiri də yubiley tədbirlərinin davamıdır.

Qeyd olunub ki, geostrateji ərazidə yerləşən, qədim türk yurdu Naxçıvan müxtəlif dövrlərdə gərgin siyasi mübarizələr meydanına çevrilsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf edib. Naxçıvanda dünyaya göz açan dahi şəxsiyyət Heydər Əliyev 1990-1993-cü illərdə məhz bu torpaqda milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə misilsiz işlər görüb. Naxçıvan 2020-ci ildə 44 günlük Vətən müharibəsinin qazanılmasında da xüsusi rol oynayıb, diyarın igid övladları şanlı Zəfər dastanında parlaq səhifələr yazıblar. 2024-cü ildə 100 illiyi geniş şəkildə qeyd olunan muxtar respublika dövlət başçısının diqqət və qayğısı sayəsində böyük inkişaf yolunda inamla irəliləyir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Emin Şıxəliyev, Üzeyir Məmmədov və "Şərq qapısı" qəzetinin baş redaktoru Sara Əzimova muxtar respublikanın qədim, zəngin tarixi, ecazkar təbiəti barədə ətraflı söhbət açıb, hərbi kollecin kursantlarına şərəfli peşələrində uğurlar arzulayıblar.

Sonra "Şərq qapısı" qəzetinin baş redaktoru Sara Əzimova kollecin kollektivinə hədiyyə olaraq "Come to Nakhchivan" fotoalbomunu Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynova təqdim edib.

Yubiley tədbiri "Ulu torpaq, Ulu Öndər" adlı filmin nümayişi ilə yekunlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Noyabr 2024 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri