Icma.az
close
up
RU
`Naxçıvan Hərbi Kollecində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

`Naxçıvan Hərbi Kollecində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Fevralın 24-də Naxçıvan Hərbi Kollecinin və Naxçıvan Hərbi Prokurorluğunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Vətənə sədaqət müqəddəsdir” və “Vətəni müdafiə hər bir vətəndaşın borcudur” mövzularında tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində kursantların tədris şəraiti və dərslərlə, kollecin kitabxanasında təşkil olunmuş kitab və jurnal sərgisi ilə tanış olublar. 

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra vətənpərvərlik mövzusunda videoçarx nümayiş edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış edərək bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi hər bir vətəndaşın, xüsusilə hərbi qulluqçuların və kursant heyətinin Konstitusiya dəyərlərinə, milli suverenliyə və yüksək vətənpərvərlik ruhuna olan bağlılığını daha da möhkəmləndirəcək. 

Kursantlara təhsillərində uğurlar arzulayan Samir Seyidəhmədli onların Naxçıvan Hərbi Kollecinin adını yüksək tutaraq göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə edərək qeyd edib ki, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində 2 il davam edən tədris dövründə kursantların qidalanması, təhsili, sosial təminatı və asudə vaxtının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb. 

Naxçıvan hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Aqil Axundov dövlət başçısının Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının  əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycan Konstitusiyası ölkənin hüquqi və siyasi sisteminin təməlini təşkil edərək hüquq sisteminin bütövlüyünü və sabitliyini təmin edir. 

Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov hərbi kollecin qısa zamanda böyük uğurlara imza atdığını vurğulayıb. Bildirib ki, cari tədris ilində muxtar respublikanın bütün dövlət orqanları, eləcə də media nümayəndələri ilə hərbi kollec arasında əlaqələr qurulub, birgə layihələr icra olunaraq tədbirlər keçirilib. 

Sonda Ulu Öndər Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Konstitusiyamızın qəbulu, suverenliyimizin bərpasına dair tarixi xidmətlərindən bəhs edən qısametrajlı videoçarx nümayiş olunub, xatirə şəkli çəkdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Fevral 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri