Icma.az
close
up
RU
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası yeni layihəyə start verib AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası yeni layihəyə start verib AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Naxçıvan, 14 yanvar, AZƏRTAC

Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası (MR)Həmkarlar İttifaqları Şurasında ilk Həmkarlar İttifaqı Komitələri ilə görüş keçirilib.

Şuranın mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 200-ə yaxın həmkarlar üzvülərinin qatıldığı tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev bildirib ki, şura növbəti yeni layihəyə start verib. Şuranın İttifaq üzvləri aldıqları yollayışların dəyərinin cəmi 15 faizini özü, qalan 85 faizini isə Həmkarlar İttifaqları Şurası ödəməklə həftənin şənbə və bazar günləri Ağbulaq İstirahət Mərkəzində maraqlı və yaddaqalan həftəsonu keçirəcəklər. Həmçinin gündə 3 dəfə qidalanmadan, kanat xəttindən, digər maraqlı və əyləncəli oyunlardan yararlanacaqlar.

Vurğulanıb ki, Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının belə layihələri reallaşdırmaqda əsas məqsədi ittifaq üzvlərini öz ətrafına toplamaq, həftəsonları onların asudə vaxtlarını səmərəli və mənalı təşkil etməkdən ibarətdir.

Bildirilib ki, Naxçıvan MR Həmkarlar İttifaqları Şurası fəaliyyəti, təşkilatçılığı və işgüzarlığı sayəsində muxtar respublikanın ən aparıcı və nüfuzlu təşkilatlarından birinə çevrilib.

Sonda tədbirdə iştirak edən respublika, şəhər və rayon Birləşmiş Həmkarlar İttifaqı, ilk Həmkarlar İttifaqı Komitələrinin müraciətlərinə baxılıb, onlara broşürlər təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Yanvar 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see216

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see193

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see192

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see150

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see148

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see125

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri