Icma.az
close
up
RU
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının üzvləri sanatoriya göndərişlərini elektron qaydada ala bilərlər

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının üzvləri sanatoriya göndərişlərini elektron qaydada ala bilərlər

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvan, 23 iyun, AZƏRTAC

Hazırda Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının tabeliyində 509 ilk təşkilat və ümumilikdə 42 min 73 nəfər üzv var. İlk dəfə olaraq 200 nəfərə yaxın təşkilat nümayəndəsinin iştirakı ilə baş tutan bugünkü tədbirdə iştirakçılarla birbaşa ünsiyyət quraraq onların mövcud problemləri və təklifləri ilə tanış olduq. Görüş olduqca məhsuldar keçdi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev jurnalistlərə müsahibəsində bildirib.

Sədr qeyd edib ki, bu dəfə görüşün formatında yenilik edilərək tədbir Həmkarlar İttifaqları Şurasının balansında olan “Duzdağ” oteldə təşkil olunub: “Bu format daha səmərəli oldu. Tədbir zamanı iştirakçılar tərəfindən ünvanlanan suallar birbaşa cavablandırıldı. Hər kəs öz təşkilatında mövcud olan məsələləri qaldırdı. Biz də Həmkarlar İttifaqları Şurası olaraq həmin məsələlərə həssaslıqla yanaşıb cavablandırmağa çalışdıq".

"Qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası yeni bir layihəyə start verir. Yay mövsümündə İttifaq üzvləri aldıqları yollayışların dəyərinin cəmi 15 faizini ödəməklə həftənin şənbə və bazar günləri Ağbulaq İstirahət Mərkəzində maraqlı və yaddaqalan həftəsonu keçirəcəklər. Bundan əlavə, sanatoriyalara yollanış məsələsi də ilk dəfə olaraq tam elektronlaşdırılıb və bu barədə maarifləndirici videoçarxlar hazırlanaraq təqdim olunub. Artıq həm Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, həm də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının üzvləri elektron qaydada müraciət edərək bu imkanlardan istifadə edə bilirlər”, - deyə Qəzənfər Abdullayev bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see276

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see229

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see200

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see192

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see152

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see135

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see119

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see115

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see114

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see114

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see113

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see113

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see113

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri