Icma.az
close
up
RU
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bununla bağlı keçirilən iclası giriş sözü ilə Baş nazirin birinci müavini Elşad Əliyev açaraq bildirib ki, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli Fərmanı imzalanmışdır. Həmin Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 5 mart tarixli “Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Qərarı qəbul edilmişdir. Komissiya 11 nəfər tərkibdə təsdiqlənmişdir. Elşad Əliyev diqqətə çatdırıb ki, komissiyanın iclasının gündəliyində duran əsas məsələ 2024-cü il ərzində uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair muxtar respublika üzrə illik hesabat barədə məlumatın dinlənilməsi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın 2025-ci il üçün “İş Planı”nın, komissiya tərəfindən keçiriləcək monitorinqlərin təşkili üçün ekspert qrupunun tərkibinin və 2025-ci ildə monitorinq keçiriləcək uşaq müəssisələrinin siyahısının təsdiq edilməsindən ibarətdir.

İclasda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova 2024-cü il ərzində uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair muxtar respublika üzrə illik hesabat barədə çıxış edərək bildirib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası daim nəzarətdə saxlanılmışdır. Belə ki, onların cəmiyyətə inteqrasiya olunması, o cümlədən həmin uşaqların inklüziv təhsil imkanlarından geniş istifadə olunması, distant təhsil proqramlarının təkmilləşdirilməsi, sosial reabiltasiyalarının təmin olunması məqsədilə işlər görülmüş, müvafiq uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilmişdir. Ötən il sağlamlıq imkanları məhdud ümumtəhsil məktəblərini bitirən sağlamlıq imkanları məhdud uşaqlardan 2 nəfəri peşə məktəblərinə, 4 nəfəri orta ixtisas təhsili müəssisəsinə, 12 nəfəri isə ali təhsil müəssisələrinə qəbul olmuşdur.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri vəzifəsini icra edən Hüseyn Ələsgərov Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın 2025-ci il üçün “İş Planı”nı, komissiya tərəfindən keçiriləcək monitorinqlərin təşkili üçün ekspert qrupunun tərkibi ilə bağlı iclas iştirakçılarına məlumat verib, qarşılıqlı fikir mübadiləsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə uşaq hüquqları sahəsində aparılan dövlət siyasətinə toxunaraq, bu sahədə yeni peşələrin yaranması ilə bağlı, həmçinin yaşıl iqtisadiyyata keçidlə bağlı fikirlər səsləndirib.

İclasın yekununda qeyd olunan məsələlərlə bağlı komissiya üzvlərinin əlavə və təklifləri nəzərə alınmaqla qərar qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 May 2025 00:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri