Naxçıvan şəhərində məskunlaşma ərazisi 2630 hektara çatdırılacaq
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvanın gələcək inkişafı şəhərin artım potensialı nəzərə alınmaqla planlaşdırılıb. Baş Plana əsasən, göstərilən müddət ərzində məskunlaşma ərazisinin 1831 hektardan 2630 hektara çatdırılması nəzərdə tutulur.
Moderator.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı" ilə tanış olarkən bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
Şəhərin mövcud ərazisinin təxminən 44 faiz genişlənəcəyi, əhali sayının isə 97 min 200 nəfərdən 130 min nəfərə çatacağı proqnozlaşdırılır.
Əhalinin sıxlığı nəzərə alınaraq yaşayış fondunun 3,9 milyon kvadratmetrə çatdırılması hesablanıb. Bu, orta hesabla adambaşına 30 kvadratmetr yaşayış sahəsinin təmin olunmasına imkan verəcək və yeni yaşayış məhəllələrinin sosial, nəqliyyat və mühəndis infrastrukturu ilə kompleks şəkildə formalaşdırılmasına şərait yaradacaq.
Şəhərin böyüməsi ilə paralel olaraq sosial infrastruktur da genişləndiriləcək. Təhsil və səhiyyə xidmətləri nəzərə alınaraq, ümumtəhsil müəssisələrinin tutumu 23 min 400, məktəbəqədər təhsil müəssisələrinin tutumu 7 min 800, xəstəxanaların çarpayı fondu isə 650 yerə çatdırılacaq. Xidmət, nəqliyyat və logistika, sənaye, tikinti, turizm və aqrar sektorların inkişafı hesabına məşğulluq səviyyəsinin də 40 faizə yaxın artaraq 78 min nəfərə çatacağı gözlənilir.
Beləliklə, Orta Dəhlizin strateji əhəmiyyətli hissəsi olan Naxçıvan şəhəri 2044-cü ilədək daha böyük potensiala malik yaşayış məkanı kimi inkişaf edəcək. Şəhərin tarixi-mədəni irsini müasir şəhərsalma prinsipləri ilə uzlaşdıran yeni Baş Plan onun dayanıqlı, inklüziv və insanyönümlü regional mərkəz kimi inkişafının strateji əsasını formalaşdıracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 11 Avqust 2026 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















