Icma.az
close
up
RU
Naxçıvan şəhərində uzunömürlü Xan çinarlar əkilir

Naxçıvan şəhərində uzunömürlü Xan çinarlar əkilir

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Əli Cabbarov

Naxçıvan Dövlət  Universitetinin dosenti  

***

Ötən həftədən başlayaraq Naxçıvan şəhərinin mərkəzi küçə və prospektlərində əkilən beş illik Xan çinar fidanları sakinlərin və bölgəmizə səyahatə gəlmiş qonaqların böyük marağına səbəb olub. Belə ki,  təkcə yaşıllıq deyil, eyni zamanda tarix boyunca Azərbaycan şəhərlərinin yaraşığı olmuş xan çinarlar   uzunömürlülük və vüqar simvolu,  eyni zamanda gözəllik, təmizlik və sərinlik mənbəyi də olmuşlar. Odur ki, hər yayin istisində şəhərmizin mərkəzindəki cəmi üç çinar ağacının sərin kölgəsindən həzz alan Naxçıvan sakinləri də bir zamanlar digər yerlərdə onların yerinə əkilmiş “liliput yolkaların” heç bir kölgəliyə və sərinliyə yaramadığını açıqca etiraf edirdilər.

          Dünya yaranandan bəri insanın gördüyün ən savab işlərdən biri, bəlkə də birincisi ağac əkib onu ərsəyə çatdırmaqdır. Naxçıvan kimi iqlim quraq və isti olan bir diyarda el birliyi ilə əkilən ağaclar da sadə insanların bu torpağa məhəbbətinin məhsuludur. Amma yaşıllaşdırma və ağaclandırma da bir elm sahəsidir və burada elmi araşdırma aparılıb və dünya təcrübəsi öyrəniləndən sonra bölgədə əkiləcək düzgün ağac növü və  yerin torpaq və suvarma xüsusiyyətləri də mütləq nəzərə alınmalıdır. Ona görə də bir zamanlar Naxçıvanda yaşıllışdırmadan daha çox vəsait israfçılığı məqsədilə şəhəri başdan başa kifayət qədər bahalı qiymətə idxal olunmuş iynəyarpaqlı ağaclarla “bəzəmək” həvəsi ilə alışıb yananlar, hələ bir də Allahdan da qorxmayaraq tikinti və ya təmir bəhanəsi ilə on illərlə çəkilmiş əziyyətin bəhrəsi olan iri ağacları təkcə kəsmir, hətta ağır texnika ilə onları dibindən qazıyıb çıxarırdılar. Əlincəqalanın, Ordubad, Culfa, Qarabağar abidələrinin tarixinə yamaq vurub “tarixə düşmək” istəyənlər bu minvalla Naxçıvandakı qocaman səf çinarları da “asəf” edib, onların yenidən pöhrələməməsi üçün   inadla  çalışırdılar. Beləcə, şəhərimizin ekoloji vəziyyətinə məsul olan qurumların da məsuliyyətsizliyi ucbatından  hər il yüzlərlə iri ağac xırda məmur düşüncəsizliynin qurbanına çevrilirdi. Əgər kimsə onların yerini görmək istəsə, belə səhralaşmış konkret ünvanları aidiyyəti üzrə  də göstərə bilərik.  

Ancaq halbuki, ölkəmizin Gəncə, Şuşa, Şəki, Zəngilan, Ordubad kimi şəhərlərində xan çinarları görəndə bu gözəlliyə çata bilmək üçün çox da dərin təhlil gərəkmədiyni düşünmək olar. Hələ on il əvvəl təhsil  proqramı çərçivəsində qardaş ölkə Özbəkistanın iqlimi Naxçıvanla bənzər olan Fərqanə, Əndican kimi şəhərlərində gördüyüm sözün əsl mənasında səmaya tavan çəkmiş iri gövdəli, beşmərbələi binadan da hündür çinarlar  bu mənada, insanda həm sevgi, həm də qısqanclıq hisləri də yaradırdı. Bəzilərinin ömrü min ildən çox olan, torpaq eroziyasının qarşısını alan, havadakı toz və digər suspenziya şəkilli zəhərli maddələri süzdürüb yox edən, sərin mikroiqlim mühiti yaradan belə çinarlar iqlim dəyişikliyinə də qarşı ən yaxşı mübarizə vasitələrindən biri kimi isti  qurşaqda yerləşən ölkələrdə geniş yayılıb. Otuz il ərzində erməni vandalizminə və ekosidinə məruz qalmış Bəsitçay Dövlət Təbiət Qoruğundakı çinarlarımız da bu mənada, bu ərazilərmizdəki genetik bankımız kimi uğurla öz kimliyni qorumağı bacarmışdır.  

Əldə  etdiyimiz   məlumatlara görə Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə  artıq Naxçıvan şəhərində yerləşən Heydər Əliyev prospektində,  Zəfər Parkında, Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Kompleksində, Əziz Əliyev, Cəlil Məmmədquluzadə, İstiqlal və Nizami Gəncəvi küçələrində və şəhərin digər ərazilərində xeyli sayda Xan çınar və akasiya ağaclarının əkintisi  davam etdirilir.   İnanırıq ki,   Araz  üsündəki qədim Naxçıvanın bu  mərkəzi prospekt və küçələrində, həmçinin Naxçıvan Dövlət Universitetinin ərazisində əkiləcək toplamda 1300-dək  fidan sürətlə boy atıb, bir zamanlar Şuşada Vaqifin, Natəvanın ilham mənbəyi olmuş ağaclar kimi bizim şəhərimizə yeni bir estetik görüntü, torpağa ikinci həyat, insanlara yeni bir rifah qazandırıb, gənclərin görüş məkanı kimi də tanınacaqlar. Şahbuz torpağının ölməz nəğməkar şairi Məmməd Arazın “Araz üstə çinar gördüm” şeirində yazdığı kimi:

Araz üstə çinar gördüm.
Qoşa çinar.
Budaqları bir-birinə
 dolaşan çinar.
Yarpaqarı bir-biriylə
 öpüşən çinar.

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://mia.az
archiveBu xəbər 08 Aprel 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri