Icma.az
close
up
RU
Naxçıvan şəhərinin su təsərrüfatına baxış FOTO

Naxçıvan şəhərinin su təsərrüfatına baxış FOTO

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

“Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Naxçıvan şəhərinin su təsərrüfatı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin tərkibinə verilib. İlkin mənbədən suyun alınması, sutəmizləyici qurğulara ötürülməsi, oradan təmizlənib şəhərə verilməsi, o cümlədən, tullantı sularının axıdılması işinin tənzimlənməsi məqsədilə qurğuların işlək vəziyyətdə olması ilə yaxından tanış olmuşuq”.

Teleqraf.com xəbər verir ki, bu sözləri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat katibi Ceyhun Musaoğlu Naxçıvan şəhərinin su təchizatı barədə məlumat verən zaman deyib.

Naxçıvan şəhər Sukanal İdarəsinin əməkdaşları da fasiləsiz iş rejimində fəaliyyət göstərirlər. Xətlərin tənzimlənməsi işlərindən tutmuş sakinlərin dayanıqlı, keyfiyyətli, içməli su ilə təminatını həyata keçirən əməkdaşlar, həm də qəza hallarının aradan qaldırılması, tikinti-bərpa işlərinin görülməsi istiqamətində müxtəlif tədbirlər yerinə yetirirlər. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəhbər heyəti şəhərin su təsərrüfatı sahəsindəki əməkdaşlarla görüş keçiriblər. Görüşdən sonra qəza-bərpa xidmətinin əməkdaşları təlim toplanışına cəlb olunublar və fəaliyyət istiqamətlərini nümayiş etdiriblər.

Naxçıvan Muxtar Respublikasında da mövcud hidroresurslar hesabına əhalinin ekoloji cəhətdən təmiz və davamlı içməli su ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Hazırda şəhərdə istehlakçıların tələbatına uyğun içməli su və kanalizasiya sistemləri qurulub, bu sahədə müasir infrastruktur yaradılıb.

Heydər Əliyev adına Su Anbarı Babək rayonunun Vayxır kəndində yerləşir. 2005-ci ildə istismara verilib. Ümumi tutumu 100 milyon kubmetr, bəndin uzunluğu 550, hündürlüyü 70,5 metrdir. Heydər Əliyev Su Anbarından yay aylarında saniyədə 600-700 litr, payız-qış aylarında isə 400-600 litr su buraxılır. Buraxılan su kaptaj qurğularda toplanır. Belə ki, Naxçıvan şəhərinin su mənbəyi 8 ədəd qoldan - drenaj borulardan ibarət xətlərdən və 52 sutoplayıcı quyulardan ibarətdir. Bu quyularda yığılan su anbara və Sutəmizləyici Qurğular Kompleksinə ötürülür.

Ceyhun Musaoğlunun qeyd edib ki, Sutəmizləyici Qurğular Kompleksinin 2011-ci ildə inşasına başlanılıb və 2013-cü ilin aprel ayında tamamlanıb. Sutəmizləyici qurğulara Heydər Əliyev adına Su Anbarından daxil olan suyun saatda miqdarı 1200-1800 kubmetrdir.

Sözügedən Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi Naxçıvan şəhərində əhalini və sənaye obyektlərini fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin edir.

Kompleksdə 1 ədəd 1500 kubmetrlik xam su anbarı və 3 ədəd ümumi tutumu 25 min kubmetrlik təmiz su anbarı mövcuddur. Kompleks müasir avadanlıqlardan ibarət membran filtr ozon qurğusu, Bernulli filtri, kartuş filtri, Y-tipli filtrlə təchiz edilib. Kompleksdə hazırda istifadə edilən membran filtrinin sayı 2016 ədəddir. Hər bir qurğunun bir saatda məhsuldarlıq gücü 243 kubmetrdir, ümumi qurğunun gücü isə 40.824 kubmetrə bərabərdir.

Suyun təmizlənmə prosesi 4 mərhələdə icra olunur. Bundan sonra anbarlara yığılır şəhər və ətraf qəsəbələri su ilə təmin edir.

Laboratoriyada quraşdırılan müasir avadanlıqlar suyun tərkibinə gündəlik nəzarət etməyə və analizlər aparmağa şərait yaradır.

Naxçıvan şəhərində Təmizləyici Qurğular Kompleksinin ərazisində olarkən mətbuat katibi məlumat verərək bildirib ki, qurğunun gücü gün ərzində 32 min kubmetr və ya saniyədə 370 litrə bərabərdir. Hazırda qurğuya daxil olan çirkab suyun miqdarı 19 min kubmetrdi. Ümumilikdə bu qurğunun fəaliyyəti 121 min istifadəçini əhatə edir. Kompleks giriş nasos stansiyasından, hovuzlardan, inzibati, transformator, kompressor binalarından, suvarma üçün nəzərdə tutulan hovuzlardan ibarətdir.

Qurğu üç mərhələdə işləyir: fiziki, bioloji mərhələ və membran filtrlərindən süzülmə.

Çirkab su bütün mərhələləri keçdikdən sonra filtrlərdən keçir, süzülmə yolu ilə tam təmizlənir. Təmizlənmiş su təmiz su hovuzuna, oradan Araz çayına axıdılır.

Təmizlənə bilməyən su təxliyə hovuzuna, oradan oksigensiz hovuza ötürülür və burada çökdürülür. Çökdürülmüş lil gübrə hovuzuna, növbəti mərhələdə isə gübrə qurutma aparatına ötürülür.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin ali məqsədi digər iri şəhərlərdə olduğu kimi Naxçıvan şəhərinin əhalisini də failəsiz və keyfiyyətli su ilə təmin etməkdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 23 noyabr 2024-cü il tarixli Fərmanı ilə Naxçıvan şəhərində istehlakçıların məişət, içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə həvalə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 28 Yanvar 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri