Naxçıvan stadionununda işlərə nə vaxt başlanacaq? Açıqlama
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Misli Premyer Liqasına yüksəldikdən sonra iki mövsümün hamısında ev oyunları Bakıda keçirən "Araz Naxçıvan"ın stadion problemi hələ də aradan qaldırılmayıb.
QOL.az-ın xəbərinə görə, komanda növbəti mövsümün ən azı əvvəlində də ev oyunları paytaxt Bakıda keçirəcək.
Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov QOL.az saytına müsahibəsində stadionda təmir işlərinin bu ilin sentyabrında başlanacağnın gözlənildiyini deyib. O bildirib:
"Naxçıvanda hamı komandanın nəticəsinə (Premyer Liqada 3-cü yer tutmasına - red.) sevinirdi. Bir problem o oldu ki, üstümə gəldilər ki, niyə komanda doğma meydanda oynamır. Hər dəfə bu barədə danışırıq. Naxçıvanda olanda məlumat verildi ki, artıq dövlət planında stadion məsələsi var. Tezliklə layihələndirmə işləri başlayır. Müəyyən prosedurlardan sonra sentyabrdan təmir işləri başlamalıdır. Bir yenilik də odur ki, örtük süni yox, təbii olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 29 May 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















