Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Naxçıvan Urumçi əməkdaşlığı: Yeni İpək yolunun strateji dayağı

Naxçıvan Urumçi əməkdaşlığı: Yeni İpək yolunun strateji dayağı

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sevinc Abbasova,  

Tarix elmləri doktoru, dosent

Naxçıvan Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrasının müəllimi


2024-cü il aprelin 23-də Çin Xalq Respublikasının paytaxtı Pekində Azərbaycanın diplomatik salnaməsinə mühüm bir hadisə yazıldı: Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun mərkəzi olan Urumçi şəhəri arasında qardaşlaşma haqqında sənəd imzalandı. Bu mühüm sənədin imzalanma mərasimində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Çin Sədri Si Cinpin iştirak etdi onun yüksək siyasi statusunu və strateji önəmini bir daha təsdiqlədi.

Bu təşəbbüs yalnız iki şəhər arasında dostluq münasibətlərinin qurulması deyil, Azərbaycanın regionlararası diplomatik aktivliyinin və Prezident İlham Əliyevin bölgə inkişafı siyasətinin bariz göstəricisidir. Xüsusilə Naxçıvana yönələn bu diqqət və dəstək, təkcə iqtisadi deyil, həm də strateji-siyasi etimadın simvoludur. Dövlət başçısının regionlara yanaşmasında Naxçıvanın hər zaman xüsusi mövqedə dayandığını müşahidə etmək mümkündür.


Diplomatik uğurun formulu: Səfirlikdən strateji platformaya

Azərbaycan Respublikasının Çindəki fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov və Urumçi şəhərinin meri Yakub Paydulla arasında imzalanan “Niyyət Məktubu” təkcə şəhərlərarası əməkdaşlıq sənədi deyil, əslində bölgələrarası diplomatik və elmi-iqtisadi platformanın qurulmasıdır.

Urumçi — Çinin qərbində yerləşən və qədim İpək Yolunun əsas qovşaqlarından biri hesab olunan şəhərdir. Bu gün o, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin–Avrasiya əməkdaşlığının əsas daşıyıcılarından biridir. Naxçıvanın Urumçi ilə qardaşlaşması, Azərbaycanın bu qlobal layihədə daha aktiv, daha mərkəzi rola keçməsi deməkdir.


Tarixə söykənən gələcək

Tarix boyunca Naxçıvan qədim İpək Yolunun əsas mərhələlərindən biri olub. Bu torpaq yalnız ticarətin yox, həm də elmlə mədəniyyətin ötürücüsü, sivilizasiyalararası dialoqun körpüsü kimi tanınıb. Bu gün Prezident İlham Əliyevin balanslı və davamlı inkişaf strategiyası Naxçıvanın bu funksiyasını müasir kontekstdə yenidən bərpa edir.

Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Naxçıvan bu gün təkcə coğrafi deyil, siyasi baxımdan da qlobal xəritədə mühüm yer tutur.


Gələcəyə açılan imkanlar

İmzalanan sənəd aşağıdakı istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur:

- İqtisadi və logistika əlaqələrinin genişləndirilməsi;

- Universitetlərarası elmi-təhsil əməkdaşlığı, birgə layihələr və mübadilə proqramları;

- Turizm və mədəni irs sahəsində ortaq təşəbbüslər;

- Texnologiya və rəqəmsal sənaye üzrə təcrübə mübadiləsi;

- Gənclər və qadınların innovativ layihələrdə iştirakı üçün yeni platformaların yaradılması.


Zəngəzur dəhlizi və Naxçıvanın qlobal tranzit mərkəzinə çevrilməsi

Urumçi ilə imzalanmış qardaşlaşma sənədi, Naxçıvanın beynəlxalq nəqliyyat arteriyası kimi rolu fonunda daha da strateji dəyər kəsb edir. Xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində aparılan yüksək səviyyəli diplomatik və infrastruktur siyasətləri bu regionun Qafqazı Asiya ilə birləşdirən əsas qovşağa çevrilməsinə zəmin yaradır.

Zəngəzur dəhlizi yalnız bir nəqliyyat marşrutu deyil, böyük bir geosiyasi yenidənqurma layihəsi kimi çıxış edir. Bu dəhliz vasitəsilə Naxçıvan təkcə Azərbaycanla birbaşa quru əlaqəsi əldə etmir, eyni zamanda Türkiyə, Orta Asiya və Çinlə kəsişən yeni bir ticarət və nəqliyyat platformasına çevrilir.

Naxçıvanın bu dəhlizlə həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat istiqamətləri üzrə rolu artacaq. Bu isə, gələcəkdə həm logistik mərkəzlərin, həm sərmayə layihələrinin, həm də regional iqtisadi infrastrukturun mərkəzinin məhz Naxçıvan ətrafında cəmlənməsi deməkdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu strateji siyasət Naxçıvanın nəinki bərpasını, həm də qlobal miqyasda mövqeləndirilməsini hədəfləyir. Bu mənada Urumçi ilə qardaşlaşma yalnız bir şəhərlərarası əlaqə deyil – böyük bir tarixi, iqtisadi və siyasi baxışın hissəsidir.


Elmi-təhsil əlaqələri və yumşaq güc siyasəti

Urumçi–Naxçıvan qardaşlaşması, yumşaq güc (soft power) siyasətinin də nümunəvi tətbiqidir. Təhsil və mədəniyyət yolu ilə formalaşan qarşılıqlı anlaşma, diplomatik sabitlik və uzunmüddətli strateji maraqlar baxımından böyük əhəmiyyət daşıyır.

Naxçıvan Dövlət Universitetinin beynəlxalqlaşma siyasəti də bu yüksək diqqətin elmi-təhsil müstəvisinə keçidini təmin edir.


Naxçıvan – yeni Nəqşi-Cahan

Bütün bu uğurlu mərhələlərin fonunda Naxçıvan artıq təkcə bir muxtar ərazi vahidi deyil. O, regional diplomatiyanın, elmin, mədəniyyətin və iqtisadi tərəfdaşlığın müasir platformasına çevrilməkdədir.

Bu yolun arxasında isə Cənab Prezident İlham Əliyevin Naxçıvana bəslədiyi böyük inam və strateji baxış dayanır.

Bu əməkdaşlıqla Naxçıvan yenidən İpək yolunun müasir Nəqşi-Cahanına çevrilir — təkcə coğrafi deyil, ideoloji və diplomatik bir mərkəz kimi.

Urumçi ilə qurulan bu münasibət, sadəcə bugünün diplomatik aktı deyil — sabahın strateji baxışıdır. Bu baxışda Naxçıvan təkcə bir region deyil, dövlətçilik ideyasının müasir daşıyıcısı, Prezident İlham Əliyevin qurucu siyasi iradəsinin canlı örnəyidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:277
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Aprel 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri