Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Urumçi: mədəniyyətlərin və ritmlərin vəhdəti

Urumçi: mədəniyyətlərin və ritmlərin vəhdəti

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Urumçi, 22 avqust, Günel Alıyeva, AZƏRTAC

Sübh çağı günəş şüaları yavaş-yavaş Urumçi küçələrinə yayılaraq bu uzaq şəhərin qeyri-adi rəng palitrasını vurğulayır. Bu rəng çaları boz deyil, amma parlaqlığı ilə də göz qamaşdırmır - tonları sönükdür, sanki səhra tozunun yüngül pərdəsi ilə örtülüdür. Günəşin doğuşunun parıltısı göydələnlərin şüşə fasadlarında çəhrayı parıltı ilə əks olunur və yerə yaxın kərpic evlərin oxra və terrakota çalarları üstünlük təşkil edir. Uzaqda Tyan-Şanın kələ-kötür siluetləri görünür və onların qarlı zirvələri şəhərin palitrasına sərin mavi-ağ vurğu əlavə edir. İlk təəssürat ondan ibarətdir ki, Urumçi hər hansı bir başqa Çin metropolundan fərqli olaraq, öz orijinallığı ilə sizi dərhal valeh edir və özünə çəkir.

AZƏRTAC-ın müxbiri “China News Service” agentliyinin Sintszyan bölməsi tərəfindən təşkil olunan mediatur çərçivəsində Urumçidə olub. Səfər “Kaşqar – Mərkəzi və Cənubi Asiya” adlı illik beynəlxalq ticarət sərgisinə həsr olunub. Həmin tədbir Çinin bu qədim şəhərində biznes nümayəndələri, investorlar və jurnalistləri bir araya gətirib.

Urumçidə küçə həyatı müxtəlif xalqların adət-ənənələrinin qarışığını əks etdirir. İctimai parklar və şəhər meydanları rəngarəng səhnə təqdim edir: melodik uyğur mahnıları altında açıq havada kütləvi rəqslər. Bir qayda olaraq, bu ekspromt rəqs dərnəklərində daha çox yaşlı insanlar - təqaüdçülər iştirak edirlər, baxmayaraq ki, gənclər də tez-tez bu tədbirlərə qatılırlar.

Maraqlıdır ki, milli uyğur musiqisi sədaları altında rəqs təkcə uyğurların özləri arasında deyil, həm də hanlar arasında populyardır: bir çox yaşlı çinlilər hərəkətləri öyrənməkdən həzz alır və ənənəvi uyğur melodiyaları ilə müntəzəm rəqs edirlər. Sərin havaya şərq melodiyalarının şəlalələri axır və təqaüdçülər gülümsəyərək rəvan şəkildə fırlanır və ritmə uyğun əl çalırlar. Bu, turistlər üçün şou deyil, şəhərin tanış axşam ritualıdır: hər axşam Xalq Meydanı rəqs meydançasına çevrilir.

Belə səhər və axşam məclisləri (tai çi, dairəvi rəqslər, gimnastika məşğələləri və s.) uzun müddətdir ki, müxtəlif millətlərin nümayəndələri arasında birlik və mehribanlıq mühiti yaradaraq Urumçi küçələrinin gündəlik mədəniyyətinin tərkib hissəsi olub. Həqiqətən də, bu səhnənin ab-havasını dostluq və gündəlik şənliklər müəyyən edir, müxtəlif mənşəli vətəndaşlar rəqsdə ümumi dil tapırlar.

Urumçi çoxmillətli şəhərdir. Burada dörd milyondan çox insan yaşayır və etnik tərkibi mürəkkəb nümunəni xatırladır: uyğurlar və hanlar çoxluq təşkil edirlər, lakin onlarla birlikdə qazaxlar, özbəklər, dunqanlar, qırğızlar və onlarla başqa xalqlar da var. Bu müxtəliflik hər addımda hiss olunur: küçələrdə çoxdilli nitq eşidilir, işarələr eyni vaxtda iki dildə - Çin (heroqliflərlə) və ərəb qrafikası ilə yazılmış uyğur dillərində hazırlanır.

Küçələrdə tez-tez müxtəlif xalqların musiqisi səslənir, əsas meydanlarda festivallar və konsertlər keçirilir, burada ənənəvi uyğur rəqslərini görmək, xalq mahnılarını dinləmək və Sincan xalqlarının zəngin folklorunun digər elementləri ilə tanış olmaq olar. Urumçi haqlı olaraq, müxtəlif dillərin, dinlərin və adətlərin ahəngdar mühitdə birgə yaşadığı bir çox etnik qrupların “ortaq evi” hesab olunur.

Hunşan Parkında gəzinti

Şəhərin ruhunu hiss etmək üçün Hunşan Parkına (“Qırmızı dağ” kimi tərcümə olunur) qalxmalısınız. Bu, Urumçinin mərkəzindəki yaşıl oazisdir, burada yarpaqlar arasından şəhərin və Tyan-Şanın mənzərələri açılır.

Park şəhərin tam mərkəzində yerləşir və uşaqlı ailələrin, yaşlı cütlüklərin və gənclərin gəzişdiyi yerdir. Burada kölgəli xiyabanlarda rahat gəzə, oyun meydançalarında idman oyunları oynaya, gölməçələrin kənarında dincələ və təbii ki, təbiətdən həzz ala bilərsiniz.

Bu parkın əsas bəzəyi həm də Urumçinin simvolu olan məşhur qırmızı Hunşan qülləsidir (“Qırmızı dağ”). O, qırmızı qum daşından hazırlanıb və günəş şüalarında həqiqətən paslı terrakota rənginin çalarları ilə parlayır. Dolama cığırlara dırmaşdıqca şəhərin səs-küyünün haradasa aşağıda qaldığını hiss edirsən və onun əvəzinə sükunət gəlir. Hava daha təmiz, sərin olur, şam ətri və təravətlə dolur. Təpənin başından bütün şəhərin heyrətamiz mənzərəsi açılır: parıldayan şüşəli göydələnlər, məscidlərin qızılı günbəzləri, geniş prospektlər və Tyan-Şanın uzaq qarlı zirvələri. Buradan Urumçinin miqyasını və gözəlliyini xüsusilə aydın başa düşürsən.

“China News Service” agentliyinin əməkdaşı, bələdçimiz Anna gözlərini günəş şüaları fonunda azacıq qıyaraq deyir: “Görürsünüz, buna görə də bu parkı “şəhərin ürəyi” adlandırırlar. Buraya gələn hər kəs özünəməxsus bir şey tapır”.

Biz susur və mənzərəni seyr edirik. Şəhər öz ritmi, nəfəsi, öz melodiyaları ilə canlı orqanizm kimi görünür. Qırmızı dağ isə sanki bu dünyanı ovucunda saxlayır.

Yerlilər onu şəhərin keşikçisi adlandırırlar. Hətta belə bir rəvayət var ki, bir vaxtlar burada qırmızı əjdaha yaşayıb və onun qəzəbini dindirmək üçün insanlar dağda qüllə tikiblər. O vaxtdan bu qüllənin Urumçini fəlakətlərdən qoruduğu və sakinləri müdafiə etdiyinə inanılır.

Dafoosi məbədi və dilək ağacı

Yamacdan bir az daha aşağı buddist Dafoosi məbədi yüksəlir. Həyətə parlaq oyma qapıdan giririk. Hava buxur ətri ilə dolur, zəng səsi eşidilir. Əsas zalda Buddanın qızıl heykəli dayanır, onun ayağında şamlar yanır. Həyətdə bir dilək ağacı bitir. Onun budaqlarında yazıları olan yüzlərlə qırmızı lent asılıb. Külək onları yelləyir və elə bil ağacın özü də cənnətə dualar oxuyur.

“Bu, bir dilək ağacıdır” -deyə Anna izah edir. O əlavə edir ki, insanlar diləklərini lentlərə yazır və Buddanın onları eşidəcəyinə inanırlar.

Həmkarım qəflətən dayanır, kiçik bir qırmızı lent alır və düşünməyə başlayır. Bir dəqiqə sonra o, skamyada oturur və ümdə arzusunu diqqətlə yazır. Mən onun lenti budağa bağlamasına baxdım. Həmin anda çöhrəsində xüsusi mülayim təbəssüm yaranmışdı. O sakitcə deyir: “Tutduğum dilək gerçəkləşsin”. Sonra ikimiz də istər-istəməz bu sözlərin artıq eşidildiyinə inanırıq.

Böyük bazarda gəzinti

Axşama yaxın özümüzü Urumçinin ən rəngarəng yerlərindən biri olan Qapalı bazarda tapırıq. Burada ticarət tamaşaya çevrilir. Küçə boyu ipək şərflər, ədviyyatlar, mis qablar, quru meyvə dağları düzülüb.

Darısqal daşlı küçə insanlar və səslərlə doludur. Satıcılar uyğurca, sonra çincə qışqırır, hətta haradasa turistlərin rusca danışığını da eşidirsən. Küçəyə zirə, keşniş, şirin kişmiş ətri, qızardılmış kababın tüstüsü yayılır. Musiqiçi dütarın simlərini qoparır, nağara ritmi eşidilir, ətrafdakı hər şey canlı simfoniyanı xatırladır.

Bütün bunları seyr edəndə başa düşürsən ki, bazar ab-havası Urumçiyə başdan-ayağa hopub. Burada ticarət sadəcə əmtəə mübadiləsi deyil, əsrlərin dərinliklərində kök salmış həyat tərzi, bir ənənədir.

Uyğur ruhu olan mətbəx

Urumçinin qastronomik mərkəzi uyğur mətbəxidir. Quzu kababları, əllə kəsilən əriştədən hazırlanmış laqman, yerkökü və ətli qızılı plov, təbii ki, təndir sobasından nan xörəkləri. Buradakı hər bir dad ayrı bir hekayədir və süfrədə yeməklərin üstündən çay içmək bir adətdir.

Axşam xalq arasında “ipək ləzzət stansiyası” adlandırılan “Şunmin” restoranına getdik. Burada nahar əsl bayrama çevrilir. Süfrəyə “Kung Pao” qoydular - fıstıq və istiot ilə qalın sousda toyuq, baozi ilə səbətlər - ətirli dzhusai ilə buxarda hazırlanmış çörəklər, hər kəsin öz ətini və tərəvəzini bişirdiyi bir qazan qaynar qab.

Hər şeyi sınamağa başlayırıq.

“Anna, çin dilində “dadlı” sözünü necə deyirsən? –deyə soruşuruq.

“Hao çı” -deyə cavab verir.

Təkrar edirik və gülürük. Bu andan etibarən biz hər yeni yeməyi həvəsli “Hao çı!” sözləri ilə qarşılayırıq. Hətta ofisiantlar da bizim yöndəmsiz nitqimizi eşidəndə gülümsəyirlər.

Süfrədə birdən agah olur ki, mədəniyyətlər arasında dostluq məhz belə yaranır.

Həmin gün Urumçi özünü bizə bütün dolğunluğu ilə açıb göstərdi: şüşə göydələnlər üzərində səhər günəşinin əksi, qədim melodiyaların sədaları altında meydanda rəqs etmək, Qırmızı dağ əfsanəsi və dilək ağacının üzərində lentlər, səs-küylü, polifonik bazar və dostlarla xoş axşam yeməyi. Bütün bunlar bir-birinə qarışaraq vahid mənzərəyə - müasirliklə qədimliyin, Şərqlə Qərbin, müxtəlif mədəniyyətlərin və adət-ənənələrin yan-yana mövcud olduğu, bir-birinə qarışmayan, əksinə tamamlayan bir şəhərə çevrildi. Urumçi öz ritmində yaşayır və onu eşitməyə hazır olan hər kəslə səxavətlə paylaşır...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:327
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Avqust 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see329

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see314

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see290

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see278

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see273

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see270

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see269

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see263

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see255

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see249

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see243

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see237

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see235

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see232

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see221

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see216

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see214

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see195

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see194

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri