Icma.az
close
up
RU
Naxçıvan yeni eraya qədəm qoyur

Naxçıvan yeni eraya qədəm qoyur

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində Muxtar Republikanın geosiyasi əhəmiyyətinə toxundu.
44 günlük Vətən müharibəsində Zəfərdən və ötən il avqustun 8-də Vaşinqtonda Azıərbaycan və Ermənistan arasında sülh prosesinə dair imzalanmış sazişlərdən sonra Naxçıvan strateji coğrafiya kimi ön plana çıxmaqdadır.
Reallığa çevrilən Zəngəzur dəhlizinin Naxçıvanla birləşdirilməsi Muxtar Respublikanın geosiyasi mövqeyini müəyyən edir.
Tarixən Naxçıvan böyük bir coğrafiyanın siyasi maraq nöqtəsi, qədim sivilizasiya mərkəzi olub, qədim İpək Yolu, karvanlar Şərqdən Qərbə bu ərazilərdən keçib. Naxçıvan tarixən Uzaq Asiya ilə Avropanı birləşdirib.
Təəssüf ki, ötən əsrin 20-ci illərində Rusiya bu qədim sivilizasiya körpüsünü dağıtdı, Azərbaycanı işğal edərək Zəngəzuru Ermənistana bağışlamaqla bu zənciri qırdı, Azərbaycanın və Naxçıvanın siyasi-coğrafi vahidliyini pozdu.
Təxminən 100 il sonra tarixi ənənə isə bərpa olunur, bölgədə yeni reallıqlar formalaşdıran Azərbaycan siyasi düzəni əvvəlki formata qaytarır – Zəngəzur-Naxçıvan-Türkiyə-Avropa koridoru açılır.
Naxçıvan Avropa və Asiya regionları arasında birləşdirici nəqliyyat yolu kimi xüsusi diqqət mərkəzindədir və Avropa İttifaqı dəmir yolunun reabilitasiyası üçün təşəbbüs göstərməkdədir.
Eləcə də Avropa İttifaqı Naxçıvanı etibarlı və sərfəli nəhəng enerji körpüsü hesab edir.
Hazırda həm İrana, həm Türkiyəyə Naxçıvandan elektrik xətləri şəbəkəsi mövcuddur. Cənab Prezidentin tapşırığına əsasən, həmin xətt genişləndirilərək Türkiyə ilə Avropanı birləşdirməlidir. Bu isə Zəngəzur-Naxçıvan-Türkiyə Avropa enerji dəhlizinin yaradılmasını da mümkünləşdirəcək.
Bir sözlə, Muxtar Respublika Şərq-Qərb və Şimal-Cənub nəqliyyat koridorlarının qovşağında yerləşən strateji siyasi və iqtisadi mərkəzinə çevrilməkdədir.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Avqust 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see688

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see398

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see243

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see221

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see198

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see195

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see193

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see192

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see189

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see186

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see183

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see177

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see176

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see175

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see174

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see160

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri