Naxçıvana getmək istəyənlərə ŞAD XƏBƏR: Biletləri əldə etmək asanlaşdı
Icma.az, Bizim media saytına istinadən bildirir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xidmətlərin elektronlaşdırılması istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə Naxçıvan-Bakı reysləri də əlavə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə AYNA-dan bildirilib.
Qeyd edilib ki, bu gündən sərnişinlər Naxçıvandan Bakıya onlayn bilet ala bilərlər. İstiqamət üzrə aralıq məntəqəsi olaraq Culfa və Naxçıvan şəhərləri təyin edilib.
Qeyd edək ki, Bakıdan Naxçıvana “biletim.az” portalı üzərindən onlayn bilet satışı 19 dekabr 2023-cü il tarixindən başlanılıb.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana səfərlər hər gün reallaşır. Gün ərzində tələbatdan asılı olaraq 4-6 reys həyata keçirilir. Reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Biletlərin qiyməti 30 AZN təşkil edir.
“Biletim.az” portalı vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.
Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləmək mümkündür.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 06 Mart 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















