Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR Vaxt açıqlandı
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlərin gələn il tamamlanması nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Orta Dəhliz vasitəsilə 2019-cu ildə göndərilən yüklərin həcmi ilə müqayisədə 2024-cü ildə 5 dəfəyə qədər artım əldə olunub: "2024-cü ildə 358 blok qatar Çindən Avropa istiqamətində göndərilib. Bu, həm Azərbaycanın Orta Dəhlizdəki artan nüfuzuna işarədir. Biz hesab edirik ki, bu sahədə bizim hələ də daha geniş potensialımız və imkanlarımız var. Avropa ilə Çin arasında olan ticarət əlaqələrinin cari həcmi və gələcək perspektivi, eləcə də bizim bu sahədə aparılan və genişləndirilən islahatlar bunu deməyə imkan verir".
O qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycanın nəqliyyat sisteminin çox önəmli bir halqasına çevrilərək, həm şərq-qərb, həm də şimal-cənub istiqamətində nəqliyyat bağlantılarının qurulmasında, tranzit yükdaşmalarının həyata keçirilməsində mühüm strateji əhəmiyyətə malik layihədir: "Azərbaycan ərazisi üzrə dəhlizin işləri gələn il ərzində tamamlanması nəzərdə tutulur. Zənqəzur dəhlizinin inkişaf etdirilməsi ilə Orta Dəhlizdə əlavə 15 milyon ton yük daşınacaq".(report)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 09 Sentyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















