Icma.az
close
up
RU
Naxçıvana quru yolu bu istiqamətdə açılır: SEVİNDİRİCİ XƏBƏR

Naxçıvana quru yolu bu istiqamətdə açılır: SEVİNDİRİCİ XƏBƏR

Icma.az, News24 saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 5-də Türkiyəyə səfəri iki ölkə arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutan bu səfər zamanı gündəmin əsas məsələlərindən biri İğdır-Naxçıvan təbii qaz kəmərinin açılışı və Zəngəzur dəhlizinin reallaşmasıdır.

Bu səfər iki qardaş ölkə arasındakı strateji əməkdaşlığın daha da güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfərin əsas gündəm mövzularından biri İğdır-Naxçıvan təbii qaz kəmərinin açılışıdır. Bu layihə Azərbaycanın Naxçıvan bölgəsinin enerji təhlükəsizliyini təmin etməklə yanaşı, regionun iqtisadi inkişafına da töhfə verəcək.

Bununla yanaşı, Prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələrin aparıldığı da gözləntilər arasındadır. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, Türkiyənin Orta Asiya ilə birbaşa quru əlaqəsini təmin edəcək. Ankara və Bakı üçün strateji əhəmiyyətə malik olan bu layihənin reallaşması regional nəqliyyat və ticarət imkanlarını genişləndirəcək.

Maraqlıdır, sözügedən dəhlizin reallaşması nə zamana təsadüf edə bilər?

Məsələ ilə bağlı News24.az-a danışan politoloq Asif Nərimanlı bildirib ki, Türkiyə üçün Zəngəzur dəhlizi hər zaman aktual olaraq qalır və bu layihə reallaşana qədər müzakirələr davam edəcək:

"Türkiyə regional güc kimi öz təsirini qoruyur və artırır, Azərbaycan isə Cənubi Qafqazın əsas həlledici dövlətlərindən biri olaraq çıxış edir. Əgər məsələyə daha geniş aspektdən – Orta dəhliz çərçivəsində baxsaq, Azərbaycan və Türkiyə bu marşrutun əsas tənzimləyici aktorlarıdır. Bu baxımdan, İlham Əliyevin Ankaraya səfəri və Türkiyə Prezidenti ilə görüşü olduqca mühüm hadisədir. Dəhlizin açılması artıq çox gec görünmür və yaxın günlərdə bu istiqamətdə konkret addımların atılması mümkündür" – deyə politoloq vurğulayıb.

Politoloqun sözlərinə görə, dünya siyasətində dəyişən şərtlər, xüsusilə də Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi regionda ciddi geosiyasi proseslərin formalaşmasına yol açır. O qeyd edir ki, Rusiya və ABŞ müəyyən məsələlərdə qarşılıqlı maraqları nəzərə alaraq hərəkət etməyə çalışırlar və bu fonda Azərbaycan və Türkiyə də dəyişən qlobal siyasi nizamda öz mövqelərini gücləndirmək istəyirlər:

"Səfərin əsas gündəm mövzularından biri olan İğdır-Naxçıvan təbii qaz kəməri layihəsi də mühüm əhəmiyyət kəsb edir. Bu layihə Azərbaycan üçün strateji önəm daşıyır və Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsində ciddi rol oynayacaq. Bu qaz kəməri Naxçıvana alternativ enerji mənbəyi yaradacaq və bu regionun davamlı inkişafına töhfə verəcək. Layihə həmçinin Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin daha da güclənməsinə səbəb olacaq."

Asif Nərimanlı qeyd edib ki, Naxçıvana quru yolunun açılması Azərbaycan üçün prioritet məsələlərdən biridir və bu, yalnız Zəngəzur dəhlizinin reallaşması ilə mümkün olacaq. Zəngəzur dəhlizinin açılması Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə nəqliyyat əlaqəsini bərpa etməklə yanaşı, Türkiyə ilə Orta Asiyanı birləşdirən mühüm marşrutun formalaşmasına imkan yaradacaq.

"Prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində aparılan müzakirələr və qəbul edilən qərarlar regionun siyasi və iqtisadi mənzərəsini dəyişmək potensialına malikdir. Azərbaycanın Naxçıvanla quru bağlantısının təmin edilməsi, Zəngəzur dəhlizinin açılması və İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi strateji baxımdan mühüm mərhələlərdən biridir və bu, iki qardaş ölkənin gələcək əməkdaşlığında yeni perspektivlər açacaq."

Ruslan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Mart 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri