Icma.az
close
up
RU
Naxçıvanda 18 yaşlı oğlan məktəb yaşlı qızı qaçırdı: Anası əvvəl şikayət etdi, sonra bağışladı

Naxçıvanda 18 yaşlı oğlan məktəb yaşlı qızı qaçırdı: Anası əvvəl şikayət etdi, sonra bağışladı

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda 2007-ci il təvəllüdlü Mahir yetkinlik yaşına çatmayan Aydanla (adlar şərti verilib – red.) intim münasibətdə olmaqda ittiham edilib.

Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə bu il aprelin 20-də baş verib.

Mahir saat 23:45-də ailə qurmaq məqsədi ilə 2010-cu il təvəllüdlü Aydanı yaşadığı kənddən qaçırıb və öz yaşadığı digər kəndə aparıb.

İstintaq orqanı tərəfindən Mahirin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

“Əvvəl dost idik”

İş üzrə ifadə verən Mahir elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Aydanla 7-ci sinifdə oxuduğu gündən ünsiyyətləri olub:

“Onu 2 ildir tanıyıram. Özüm Babək rayonun başqa kəndində yaşayıram. Aydanın yaşadığı kəndə fəhlə işləməyə getmişdim. Orada onu gördüm, əvvəl dost münasibət saxladıq. Bir il idi ki, sevgili münasibətindəydik. Aydanın 15 yaşında olduğunu, orta məktəbdə təhsil aldığını və 9-cu sinifdən məktəbdən çıxdığını bilirdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Aydanı ilk dəfə 2024-cü ilin dekabrın 31-də qaçırıb: “Amma yaşımızın az olduğundan hər iki ailə evlənməyimizə razı olmadı. Mən Aydanı ailə qurmaq məqsədilə qaçırmışam, hər şeyi qabaqcadan planlaşdırmışam”.

Mahir bildirib ki, işdə adı keçən Əli ilə dost olub və bir yerdə işləyiblər:

“Aprelin 20-də Aydan mesaj yazaraq ailəsinin onu Sumqayıt şəhərinə göndərmək istədiyini, lakin özünün getmək istəmədiyini bildirdi. Bundan sonra Aydanı qaçırmaq barədə Əliyə bildirdim, ondan bizim qalacaq yerinin olub-olmadığını soruşdum. O da yer olmadığını söylədi. Daha sonra mənə dostunun evində qala biləcəyimizi dedi”.

“Polislər səhəri gün zəng etdilər”

Mahir qeyd edib ki, aprelin 20-də axşam saatlarında Aydanı qaçırmaq barədə razılaşıblar: “Öncə Əli ilə kənd məktəbinin yanına getdik. Bir qədər sonra Aydan oraya gəldi. "Bolt"dan taksi sifariş edərək Cəhri qəsəbəsinə Əlinin dostunun evinə getdik.

Evin həyət qapısı bağlı olduğundan divardan tullanaraq arxa tərəfdən həyətə daxil olduq. Əli ikinci mərtəbəyə qalxaraq pəncərənin şüşəsini çıxardı, evə daxil olub qapını içəridən açdı. Biz də evə daxil olduq.

Həmin gün orada gecələdik. Əli ilə eyni otaqda qaldıq. Mən Aydanla yataqda, Əli isə divanda yatdı”.

Mahir bildirib ki, Aydanla cinsi əlaqədə olmaq barədə əvvəlcədən özü ilə razılaşıb və həmin gün axşam onunla cinsi əlaqədə olub: “Bu zaman Əli səsə oyandı. Belə bir niyyətimdən onun xəbəri yox idi.

Səhəri gün Əligilin evinə getmək istəyəndə polislər zəng edərək bizi şöbəyə çağırdı. Şöbədə Aydanın anasının polisə şikayət etdiyini öyrəndim. Törətdiyim əməli etiraf etdim. Aydanla əlaqədə olduğuma görə ailələrimiz artıq bizim izdivacımıza razı oldular”.

“Mənə yaylıq gətirdilər, anam razı olmadı”

İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, təhsillə bağlı 10-cu sinfə keçməli imiş: “Bu məsələdən sonra anamın ərizəsi əsasında məktəbdən çıxdım. Mahirlə aramızda sevgi münasibətləri var. İki ildir bir-birimizi tanıyırıq.

Mahir yaşadığım kənddə fəhlə işləyirdi. Bu zaman tanış olduq. Mahirin ailəsi əvvəl mənə yaylıq gətirdi. Amma anam razılıq vermədi və yaylığı qaytardı”.

Aydan qeyd edib ki, aprelin 20-də Mahirə görə anası ilə aralarında mübahisə yaranıb: “Anam məni Sumqayıta, atamın yanına göndərəcəyini dedi. Atam 13 ildir bizdən ayrı yaşayır. Həmçinin anam telefonumu əlimdən aldı, yaşım az olduğuna görə Mahirlə danışmağıma qadağa qoydu.

Mahirlə münasibətimə anam və qardaşım razı deyildi. Həm də atamın yanına getmək istəmirdim. Buna görə Mahirlə könüllü qoşularaq qaçdım”.

Bu cinayət işinə Babək Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mahir 1 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib və həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbsə alınıb.

Hökmlə razılaşmayan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməsini, şərti məhkum olunmasının, 10 ay sınaq müddəti müəyyən olunmasını xahiş edib.

Eyni tələblə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi də müraciıət edib. Hər iki şikayətə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasında baxılıb. Şikayəti araşdıran hakimlər heyəti qərar elan ediblər. Şikayətlər təmin olunmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Dekabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri