Naxçıvanda 20 dən çox işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Naxçıvan şəhərində əmək yarmarkası təşkil olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Yarmarkanın açılışı zamanı Agentliyin İdarə Heyətinin sədri Rasim Piriyev işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsində əmək yarmarkalarının əhəmiyyətini vurğulayıb.
Bu aktiv məşğulluq tədbirlərininin gənclərlə yanaşı, ixtisas və ya peşəsi olmayan əmək qabiliyyətli şəxslərin də məşğulluğunun təmin olunmasında önəmli rol oynadığını bildirib.
Tədbirdə 20-dən çox müəssisə tərəfindən ümumilikdə 140-dan artıq vakansiya işsiz və işaxtaran vətəndaşlara təqdim olunub. Vakansiyalar üzrə müraciət edən şəxslərin CV-ləri toplanaraq nəzərdən keçirilib və onların işlə təmin olunması istiqamətində tədbirlər görülməyə başlanıb.
Bundan əlavə, tədbir zamanı işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq proqramları haqqında ətraflı məlumat verilib, həmçinin ilkin sorğular aparılaraq onların işlə təminatla bağlı ehtiyacları öyrənilib.
Mustafa Kamal
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 02 Oktyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















