Icma.az
close
up
RU
Naxçıvanda 99 milyon manata yaxın heyvandarlıq məhsulu istehsal olunub

Naxçıvanda 99 milyon manata yaxın heyvandarlıq məhsulu istehsal olunub

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda mühüm prioritet istiqamətlərdən biri də kənd təsərrüfatının inkişaf etdirilməsidir. Proqramda muxtar respublikada bitkiçilik, bağçılıq, bostançılıq sahələri ilə yanaşı, heyvandarlığın da inkişafı mühüm vəzifə kimi ortaya qoyulmuş, məhsul istehsalının artımına nail olunması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdir. 

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Naziliyindən “Xalq qəzeti”nə verilən məlumata görə, hazırda muxtar respublikada 62 152 baş iribuynuzlu, 415 581 baş xırdabuynuzlu heyvan, 566 460 baş quş və 57 608 arı ailəsi mövcuddur. 2025-ci ilin ilk altı ayında Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 144 969,6 manat təşkil edib ki, bunun da 98 962,3 manatı heyvandarlıq məhsullarının payına düşüb. Belə ki, bəhs olunan dövrdə diri çəkidə 15 332,5 ton ət, 53 753,1 ton süd, 61 milyon 949 ədəd yumurta istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1,6 faiz, süd istehsalı 1,2 faiz, yumurta istehsalı isə 0,5 faiz artıb. 

Heyvandarlıqda məhsuldarlığın artırılması və genetik potensialın gücləndirilməsi məqsədilə süni mayalanma tədbirləri də mühüm rol oynayır. Belə ki, cari ilin birinci yarısında 5677 baş iribuynuzlu heyvanda süni mayalanma aparılıb, nəticədə 4782 baş buzov əldə olunub. 

Qeyd edək ki, Naxçıvanda süni mayalanma işlərinə 2002-ci ildən başlanılıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılmış Süni Mayalanma Mərkəzi 2021-ci ildən fəaliyyət göstərir və hazırda bölgədə ən intensiv fəaliyyət Şərur rayonunun payına düşür.

Nazirlikdən verilən məlumata görə, bu istiqamətdə daha yaxşı nəticələrə nail olunması üçün Aqrar Xidmətlər Mərkəzi və regional dövlət aqrar inkişaf mərkəzləri ilə fərdi baytarlar arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi, fermer və baytarlar üçün təlim proqramlarının keçirilməsi nəzərdə tutulur.

Səbuhi HƏSƏNOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see204

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see185

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see180

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri