Icma.az
close
up
RU
Göygöldə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib

Göygöldə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 sentyabr, AZƏRTAC

Göygöl rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib. Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar İnnovasiya Mərkəzi (AİM) və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən müzakirələrdə Azərbaycan Biznesinin İnkişafı Fondunun, Dövlət Məşğulluq Agentliyinin rəsmiləri, bank və bank olmayan kredit təşkilatlarının nümayəndələri, yerli fermerlər iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafına dövlət tərəfindən ciddi dəstək verilir. Aqrar sahənin inkişafına müxtəlif istiqamətli subsidiyaların ayrıldığını deyən AİM rəhbəri bu dəstək mexanizmləri nəticəsində ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı və ixracının son illər sürətlə artdığını vurğulayıb. Qeyd edib ki, konkret inkişaf hədəflərini stimullaşdırmağa yönəlmiş subsidiya siyasəti təkcə kənd təsərrüfatı məhsullarının istehsal xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanmasını deyil, həm də müasir suvarma sistemlərinin tətbiqi sayəsində su və torpaq resurslarında səmərəli istifadənin genişlənməsini, xarici bazarlarda rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının istehsalının artmasını təmin edir. Anar Cəfərov subsidiyalaşma siyasətinin yekunda aqrar sahədə çalışan insanların gəlirlərinin artmasına və maddi rifah halının yüksəlməsinə müsbət təsir göstərdiyini deyərək, fermeləri dövlətin bu sahəyə dəstək mexanizmlərindən faydalanmağa çağırıb.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində aqrar sahənin davamlı və dayanıqlı inkişafı təmin edilib. Dövlətin aqrar siyasətinin əsas istiqamətlərindən birinin bölgələrdə məşğulluq səviyyəsinin, aqrar sahədə məhsul istehsalının artırılması olduğunu xatırladan Elvin Paşayev əlavə edib ki, aqrar sahəyə dövlət tərəfindən subsidiyalar şəklində dəstək verilməsi bölgələrin inkişafını sürətləndirir. Göygöl rayonunun aqroiqlim şəraitinin kənd təsərrüfatının müxtəlif istiqamətlərinin, o cümlədən giləmeyvəçiliyin inkişafına imkan verdiyini deyən icra hakimiyyətinin başçısı bu sahəyə subsidiyaların artırılmasının rayonda moruq, böyürtkən və digər giləmeyvələrin becərilməsinə ciddi maraq yaratdığını vurğulayıb. Elvin Paşayev bölgələrdə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda keçirilən panel müzakirələrin dövlətin aqrar siyasəti ilə bağlı maarifləndirmə prosesi üçün mühüm platformaya çevrildiyini bildirib, fermerləri panel müzakirələrdə fəal iştirak etməyə çağırıb.

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Azər Hacıyev aqrar sahəyə dövlət dəstəyi prosesinin tam elektronlaşdırıldığını, fermerlərə subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən verildiyini deyib. Payızlıq və yazlıq əkinlərin, çoxillik əkmələrin EKTİS-də vaxtında bəyan olunmasının vacibliyini vurğulayan DAİM direktoru bu prosesdə fermerlərə hər cür texniki dəstək göstərildiyini qeyd edib. Azər Hacıyev Göygöl rayonu üzrə 4 min nəfərdən artıq fermerin kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalardan yararlandığını bildirib.

Panel müzakirələrdə çıxış edən digər dövlət qurumlarının, bank və bank olmayan kredit təşkilatlarının nümayəndələri aqrar sahədə dövlətin dəstək mexanizmləri, kənd təsərrüfatı fəaliyyəti üçün ayrılan güzəştli kreditlər, texnika və damazlıq heyvanların alınması zamanı 40-60 faix aralığında dövlət dəstəyi, kreditləşmə mexanizmləri, fermerlərə təklif olunan bank məhsulları barədə geniş məlumat veriblər. Qeyd olunub ki, maliyyə təşkilatları Aqrar İnnovasiya Mərkəzi tərəfindən bölgələrdə təşkil olunan Aqrar Biznes festivalları və məhsul festivallarında fermerlərə öz məhsullarını təklif edirlər.

Debat formatında davam edən müzakirələrdə fermerlərin texnika, damazlıq heyvan, müasir suvarma sistemləri alınması zamanı tətbiq olunan dövlət dəstəyi mexanizmləri barədə sulları geniş cavablandırılıb. Bildirilib ki, fermerlər kənd təsərrüfatı texnikası və müasir suvarma sistemləri alan zaman bu məhsulların gömrük dəyərinin 20 faizi həcmində ilkin ödəniş edir, məbləğin 40 faizi dövlət tərəfindən subsidiyalaşdırılır, qalan 40 faiz isə Aqrar Kredit və İnkişaf Agentliyi ilə tərəfdaşlıq edən bank və bank olmayan kredit təşkilatları tərəfindən kreditləşdirilir. Kreditin əsas hissəsini 60 ay ərzində fermerlər, faizlərini isə dövlət ödəyir. Analoji mexanizm müasir suvarma sistemlərinin alınması zamanı da tətbiq olunur. Damazlıq heyvan alışı zamanı isə dövlətin fermerlərə dəstəyi 60 faiz təşkil edir.

Göygöl rayonunda dövlətin bu cür dəstək mexanizmlərindən yararlanaraq texnika və müasir suvarma sistemləri alan böyük heyvandarlıq təsərrüfatları yaradan fermerlər çıxış edərək, subsidiyalaşma siyasətinin müsbət təcrübələri barədə fikirlərini bölüşüblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri