Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını 23 % dən çox artıb
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2025-ci ilin yanvar-noyabr aylarında Mərkəzi Asiya ölkələrindən Azərbaycana 202 033 turist gəlib.
"Cebheinfo.az" xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 23,3 % (163 992 nəfər) çoxdur.
11 ay ərzində Qazaxıstandan 95 952 (illik artım 20,3 %), Özbəkistandan 56 752 (+38,6 %), Türkmənistandan 29 761 (-0,7 %), Qırğızıstandan 10 618 (+34,9 %), Tacikistandan 8 950 (+66,7 %) turist gəlib.
Ötən ilin noyabr ayında isə Azərbaycana səfər edən əcnəbilərin sayına görə TOP-10 ölkə arasında Qazaxıstan altıncı (8 148 nəfər, + 32,1 %), Özbəkistan isə onuncu yerdə (5 781 nəfər, +70 %) qərarlaşıb.
Xatırladaq ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 189 ölkədən 2 milyon 364 min nəfər və yaxud 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 01 Yanvar 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















