Naxçıvanda Araz 1 və Araz 2 ikipilləli nasos stansiyaları yenidən qurulur
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
Naxçıvanda "Araz-1" və "Araz-2" ikipilləli nasos stansiyaları ilə təzyiqli qoşa boru xəttinin yenidən qurulması işlərinə başlanılıb. SİA xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Babək rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.
O, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” əsasında görüləcək işlərin müəyyənləşdirilərək icrasına başlanıldığını bildirib.
F.Nəcəfli qeyd edib ki, Babək rayonunda torpaqların su təminatının yaxşılaşdırılması əsas prioritet hədəflərdəndir:
“Dövlət Proqramı çərçivəsində "Araz-1" və "Araz-2" ikipilləli nasos stansiyaları ilə təzyiqli qoşa boru xəttinin yenidən qurulması işlərinə başlanılıb. Həmçinin Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanal da yenidən qurulacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 31 İyul 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















