Naxçıvanda “Azcake” MMCnin un məmulatları istehsalı sexində ciddi nöqsanlar aşkarlanıb
Report.az saytına istinadən Icma.az xəbər verir.
Naxçıvanda fəaliyyət göstərən “Azcake” MMC-nin un məmulatları istehsalı sexində ciddi nöqsanlar aşkarlanıb.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, müəssisənin qida təhlükəsizliyi sahəsində mövcud texniki normativ hüquqi aktların tələblərinə əməl etmədiyi müəyyən edilib. Belə ki, gigiyena qaydalarına əməl olunmadığı, çirklənməyə qarşı müdafiə tətbirlərinin tətbiq edilmədiyi, zərərvericilərlə mübarizə üçün şərait yaradılmadığı aşkarlanıb.
Eyni zamanda istifadə olunan xurma və şokolad məhsullarının yaralılıq müddətinin bitdiyi, alət və avadanlıqların vaxtında təmizlənmədiyi, həmçinin obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də vaxtında aparılmadığı məlum olub.
Nöqsanlarla bağlı müvafiq tapşırıqlar verilib, aradan qaldırılması üçün müəssisənin fəaliyyəti dayandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 10 Yanvar 2025 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















